Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 3 страница




– Adamlığı da yoxdur. İnqilab həyatı çalxalayıb bu kimiləri üzə atırsa, bunlar aləmi məhv edər, axırda özləri də məhv olarlar.

Rüstəmbəy Vəlibəyin sözlərini təsdiq edərək:

– Bilirsən onda nə həsəd var? Yaxşı yeyənləri, geyənləri, yaşayanları görəndə içini gəmirir. Yakıb yıxmaqda ləzzət duyanlardandır.

– Bu necə ailədəndir? Kasıbdırmı?

– Atası xırda alış-verişçidir. Ancaq buna köməyi dəymir, ailəsini belə zorluqda saxlayır...

Vəlibəy qırıq gülüşü ilə Rüstəmbəyin sözlərini kəsdi.

– Duel necə oldu? - deyə sordu.

– Heç! Duelə azmı adam çağırmış. Puşkinin vaxtında yaşadığımızı zənn edir... Bu da oxuduğu kitabların təsirindən doğmurmu?

 

 

Rüstəmbəy yataqdan yenicə qalxmışdı. Xəlil içəri girdi. Görüşdülər.

Xəlil:

– Yəqin hələ çay içməmisən? - deyə sordu.

– Yox, indicə durdum. Yuxudan doya bilmirəm. Cəbhənin yorğunluğu indi duyulur. Son zaman mənən də yoruldum.

– Yəqin ora da bura kimi hərc-mərcdir.

– Təbii, eyni anarxiya.

– Kerenskinin bütün populyarlığına baxmayaraq, qəti bir xətti-istiqaməti yoxdur. Görünür, yalnız gözəl nitq söyləməklə məmləkət idarə olunmur.

– Aparat da pozuqdur, başı dəyişdilər, aşağı qaldı. Çarlıq ruhu ilə bəslənmiş məmurlar dünənki vəkil, jumalist, tacir nazirə tabe olarmı? Məmur psixologiyası başqadır. Hökumətin aşağıdan yuxarıya doğru pillə ilə çıxan məmur arasında nüfuzu olmadığı üçün məmur da vəzifəsinə sadiq deyildir. Bax, teleqram poçtla göndərilir, məktub yollarda itir, vergi yığılmır, banklar bərbad olmağa başlayır. Alverçilik gün-gündən artır, hökumət və ictimai təşkilatlar anbarları oğurlanıb bazarlarda satılır. Uzaqgörənlər qızıl və brilyant toplayır; sabit dəyərli şeylər aranır. Bu gün satın alınan hər bir şey üç gün sonra birə ikı qıymətə gedir. Qiymətlər yüksəlir məmurun maaşı yüksəlmir, ehtiyac da bir tərəfdən məmuru işindən soyudur...

Xəlil onun sözünü kəsdi:

– Rüstəmbəy, - dedi, - yalnız məmur deyil, hər kəs şaşmışdır. Nədənsə, bu hökumətə inanılmır. Bax: hər bir mitinqdə "hürriyyət istiqrazıından bəhs olunur. Hamı bilir ki, hürriyyətin irəli sürdüyü hökümətə kömək lazımdır. Ancaq heç kəs yazılmır. Mən köhnə inqilabçı olaraq hələ istiqraza yazılmamışam.

Xəlil sözlərinə əlavə olaraq qəhqəhə ilə ğüldü, sonra otağın küçəyə tərəf açılan pəncərəsinə yanaşıb baxa-baxa:

– Yığış, çıxaq, - dedi.

Hava olduqca gözəldi. Qəhvəxanaların birinə girdilər, - Rüstəmbəy Xəlilə südlü qəhvə təklif etdi, içmədi.

– Toxam, - dedi. - tez ol, çıxaq. Tacirlərin əlindən indi qəhvəxanalarda yer yoxdur. Mənim də, nədənsə, bunlardan zəhləm gedir.

Rüstəmbəy:

– Sənin atan, - dedi, - məmur olmuş, yəqin həmişə də tacirə borclu olmuşdur. Səndə çocuqluqdan onlara qarşı bir ikrah əmələ gəlmişdir.

– Doğrudan da belədir. Bilirsən, atam ev tikdirirdi. Bir sövdəgər Hacıdan altı yüz manat borc almışdı. Yazıq kişi beş il pulu verib qurtara bilmədi, müamilə müamilə üstündən gəlirdi. Özləri də elə yumşaq olurlar ki, üzlərinə də tüpürsən incimirlər. Amma səni lazımınca istismar edirlər. Atam öləndən sonra anamın yanına gəlib edərdilər Bütün qızıllarımızı, xalı və ipəklərimizi onlara satdıq. Kim bilir, nə qədər ucuz alırmışlar. Qardaşım Parisdə oxurkən ona pul göndərmək lazımdı. Anam gözəl bir tirmə girov qoyub, əvəzində əlli manat aldı. Əlli manatı vaxtında verə bilmədiyimiz üçün müamilə artmağa başladı... Xülasə, şal əldən getdi, nəticədə tacirə də borclu çıxdıq...

Xəlil yenə güldü və təbəssümündə ikrah duyuldu.

Rüstəmbəy qəhvəsini qurtarıb, qəhvəxanadan çıxdı:

– Yaxşı, atan məmur, çarın sadiq məmuru, anan Mehdi xanın qızı - bəs bu menşevıklik haradan çıxdı?

Xəlil əvvəl oynaq, sonra ciddi bir halda:

– Bilirsən, biz Bakıda hökumət pansionunda yaşayırkən, gizli ədəbiyyatla çox maraqlanardıq. Bir gürcü yoldaşım vardı, bu mənə xırda risalələr verərdi, oxurdum. Yavaş-yavaş menşeviklərin proqramı ilə tanış oldum, xoşuma gəldi. Yoldaşım məni bir firqəçi ilə tanış etdi. Arabir görüşərdik. Sonra türk gənclərinin arasında işləmək mənə tapşırılmışdı. Bir neçə məktəbliyə mühazirə oxuyurdum. Zavodlarla da az-çox əlaqəm vardı... Belə!..

Rüstəmbəy gülə-gülə:

– İndi de görüm, aşna, federasiyaya tərəfdarsan, yoxsa yox?

Xəlil düşünərək:

– Demokratik cümhuriyyət, zənn edirəm, hər kəsi qane edər.

– Yox, - deyə Rüstəmbəy qətiyyətlə cavab verdi, - onda aramızda dağlar var. Hər millət müqəddəratım özü həll etməli. Bu günün şüarı budur!

 

 

İmranın meyvə mağazasına catana qədər iki dost arasında siyasi mükalimə davam etdi. Biri o birini qane edə bilmədi. Nəhayət, Rüstəmbəy qeyzlə:

– Bundan sonra məhkum xalqlar arasında menşeviklik nüfuz qazana bilməz. Bu sahədə bolşeviklər daha da uzaqgörəndirlər, - deyə münaqişəyə xitam verdi.

İmran mağazanın arxasında idi. Rüstəmbəylə Xəlil də oraya keçdi. Səftər də orada çaya məşğuldu. Səmimi görüşdən sonra hərə bir tərəfdə yerləşdi. Sonra Xəlil gülə-gülə:

– Balam, - dedi, mənim tacirlə aram olmadığını hamı bilir, ancaq, İmran, səni mən tacir hesab etmirəm; çünki sən studentlər içində böyüyərək, tacir olmusan; hamıya da köməyin dəyir...

Səftər onun sözünü kəsərək, yarı rus, yarı türkcə:

– Yaxşı, bu müqəddəmədən məqsəd nədir?

Xəlil gülə-gülə:

– İmrandan iyirmi beş manat borc istəyirəm. Xəlilin birdən məqsədə keçməsi hamının gülüşünə səbəb oldu. Xəlil ciddi:

– Bilirsən, İmran, qardaşımdan pul gözləyirəm, gələn günü verərəm.

İmran hörmətlə əlini gözünün üstünə qoyub:

– Gözüm üstə! Çayımı içim, verim, - dedi və o saat sözü dəyişdi; - Deyirlər, Cabbar şapalaq yeyib; amma nə olub!.. Mir Cəfərlə tanışlığım yoxsa da, görən kimi əlindən öpəcəyəm.

Səftərin yenə qaşları yuxarılara doğru çəkildi, üzünün batığı bir az da dərinləşdi. Məxrəci gülüşlə:

– O gündən bəri yoxdur. İndi, kim bilsin, haralarda sülənir, - dedi.

Xəlil səmimi səslə:

– Balam, kişiyə sataşmayın.

Səftər yenə qaşlarını qaldırıb, bir şeylər demək istəyirdi, bir də İmran masadan qalxaraq:

– Xəlil, gülüm, gəl, - dedi.

İmran daxıldan iyirmi beş manat çıxarıb Xəlilə verdi və yavaşca əyilib Rüstəmbəyin qulağına:

– Sən pulları haraya yığırsan? - deyə pıçıldadı.

Rüstəmbəy çox düşünməyərək:

– Yanımdadır. Lazımındırsa verim. İmran cazibəli bir səslə:

– Yanında boş qalınca işə buraxsan yaxşı olmazmı? - deyə sordu və təkidlə əlavə etdi: - Bilirsən bu saat necə pul qazanmalı vaxtdır... Sənə də yaxşı olar, mənə də.

Rüstəmbəy haman cibindən iki min manat pul çıxarıb İmrana verdi. Sonra Xəlilə müraciət edərək:

– Balam, pul lazımındı, məndən niyə istəmədin?

– Sən gedərgisən. Kim bilir, səninlə bir də nə vaxt görüşəcəyəm. İmran buralı, mən buralı. Borc aldığım birinci dəfə deyil ki, beş ildir...

Bu əsnada iri çopur burunlu, qarasifət bir adam girib:

– Səfarətxana katibi Səftər xan buradadırmı? deyə sordu.

İmran ağzını arxa qapıya tərəf çevirərək istehza ilə:

– A Səftər xan, - dedi, - rəiyyətlərindən biri səni axtarır.

Rüstəmbəy maraqlı gülüşlə:

– İran səfarətxanası katibliyi indi Səftərdədirmi?

– Bəli, - deyə İmran yenə istehza ilə ağzını bir balaca burdu: - Meymun oynadanları bir müddət Bayram qırxdı, indi Səftər xan qırxır.

Sözlərini bitirib, İmran xısın-xısın gülərək əlini Rüstəmbəyə uzatdı. O da əlini onun əlinə vurdu.

 

 

Rüstəmbəy tez səhər İdzikovskinin xüsusi kitabxanasına getdi. Bu kitabxana hükumət və şəhər kitabxanalarına nisbətən daha zəngindi.

Əlavə olaraq, İdzikovski kitabxanasında bir çox inqilabi əsərlər də vardı. Rüstəmbəyi də maraqlandıran da elə bu kitablardı. Müntəzəm surətdə oxuyaraq, hazırlanmaq istəyirdi, çünki inqilabın irəli sürdüyü məsələlərə qarşı onun ali təhsili kafı görünmürdü.

Rüstəmbəy kitab kataloqunu götürüb varaqlamağa başladı. Özünə bir balaca proqram düzəltdi. Marks, Engels, Lenin, Plexanov, Kautski, Bebel və Joresi də bura daxil etdi. Lakin bunlardan əvvəl tarix və iqtisadiyyatla məşğul olmağı lazım bildi. Sonra on səkkizinci əsr ensiklopedistlərinin əsərləri və Kontun pozitivizmi ilə çox maraqlandı. Xülasə, bir çox düşüncə və mülahizələr yürütdükdən sonra qədim dövlət təşkilatlarına dair bir kitab alıb, kitabxanadan çıxdı. Ürəyi qoltuğundakı kitabın fərəhi ilə dolu bir halda oxumağa qoşarkən, bir də şıq geyinmiş, siması tanış görunən bir xanıma rast gəldi. Xanımın gözləri Rüstəmbəyə sataşıb haman qeyri-məmnun bir halda yerə dikildi, yanaqları qızarıb, solğun laləni andırdı.

Rüstəmbəy dayandı və özünəməxsus bir səmimiyyətlə:

– Sofya Sergeyevna, - deyə səsləndi.

Xanım sönük bir halda duruxdu və Rüstəmbəyin ona tərəf uzanmış əlini istər-istəməz sıxmaq məcburiyyətində bulundu. Rüstəmbəy:

– Çoxdan görüşmədik, - dedi, - zövcünüz hardadır?

Xanım ağızucu olaraq:

– Cəbhədədir, - dedi və suçlu-suçlu ətrafa baxdı.

Rüstəmbəy xanımı hürkmüş vəziyyətdən çıxarmaq üçün:

– Ha tərəfə gedirsiniz? Sizi bir az təşyi edim, - dedi

Xanım bu təklifdən xoşnud olmayan kimi, bir neçə saniyə yerində qaldı. Tərəddüd içində olduğu bəlli idi. Lakin Rüstəmbəyin israredici hərəkəti xanımı yoluna davam etməyə sövq etdi.

İkisi də bir müddət sükut içində yan-yana getdilər. Sonra Rüstəmbəy:

– Yenə əvvəlki yerinizdəmi qalırsınız? - deyə sordu. Xanım cavab verməkdən çəkindi və sualın yersiz olduğunu duydurmaq üçün etinasiz bir halda mağazalara baxmağa başladı. Yanaqları təkrar qızarıb soldu. Gözlərinin kənarından süzülən etirazlı baxış, Rüstəmbəyin cəsarətini qırdı. Bir neçə addım getməmiş xanım durdu və yenə gözlərini yerə dikərək, əlini uzatdı:

– Mən aptekə gedəcəyəm, - deyib cəld aralandı. Rüstəmbəy tühaf bir halda yoluna davam etdi. Qeyri-şüuri olaraq əlini bığına atdıqda Sofyanın əlindən qopan ətir qoxusu damağına çökdü. Kitabxanada əldə etdiyi fərəh əvəzinə ruhunda bir acılıq çöküntüsü duydu.

 

 

 

Sofya xanımın məsələsi Rüstəmbəyi bir neçə müddət şiddətlə məşğul etdi. Vaxtilə pəncərəyə söykənib hüznlü göz yaşları ilə Rüstəmbəyi təşyi edən Sofya bu dəfəki soyuq Sofyanın əksi kimi görünürdü. Bu, əsrarəngiz bir müəmma olaraq, Rüstəmbəyi çıxılmaz bir vəziyyətə soxmuşdu. Dərdini unutmaq üçün kitaba dalır, tarix və fəlsəfədə ruh təskinliyi arayır, müvəffəq olmur. Qara sətirlərdən nəşət edən mürəkkəb fıkirlər arasında həp Sofyanı görür, solğun laləni andıran yanaqları ən qüvvətli bir fəlsəfə kəsilərək Rüstəmbəyin ağlını pərdələyirdi.

Qəzeti əlinə gotürür - rollarını bitirib çəkilən komandanlar, nazirlər ona çocuq oyuncağı kimi gəlirdi. Küçədəki nümayişlər, siyasi münaqişələr, nitqlər, şüarlar - bunların hamısı onun marağına, səthi də olsa, nüfuz etmədən uçub gedir, kiçicik bir iz belə buraxmırdı. Artıq şəhər ona bir istirahət yeri deyil, zindanxana kimi gəlirdi.

Bir gün dəruni böhranlar içində Xəlili arayıb tapdı. Xəlil də onun kimi maddi həyatın dolambac yollarına nabələd, hiylə zəruriyyətinə yabançı bir adam olduğu üçün Rüstəmbəylə dərd şəriki ola bilirdi. Məslək ayrılığına baxmayaraq, aralarında səmimı dostluq vardı.

Xəlil Rüstəmbəyi iztirab içində gördükdə gülümsədi:

– Yenə səndə bir şey var, - dedi, - eşqmi, mənəvi böhranmı? - deyə sordu.

Rüstəmbəy deyəcəyi sözlərdən qəlbi təskin bularaq:

– Xəlil, - dedi, - dəruni müvazinəmi pozan bir şey var. Eşqdirmi? Bilmirəm. Şair və psixoloqların tərifinə inanılarsa, bu şey eşqdir. Lakin, doğrusunu deyim, ağlım bu eşq deyən qüvvəyə heç də inanmır... Allahı sevərsən, eşq varmı? Bunu sən duydunmu?

Xəlil sakit gülüşü ilə bir az düşünüb dedi:

– Rüstəmbəy, eşqin nə olduğunu həyatımda anlamadım. İlk əvvəl özümün erkək olduğumu duyar-duymaz məndə qonşumuzdakı bir malakan arvadına qarşı həvəs oyandı. Həvəs məni qadına tərəf çəkirdi. Bir gün gedib qadını evdə yalnız gördüm. Coşmuş erkək baxışı ilə onu süzdüm. Qadın halımı duyaraq tühaf bir vəziyyətə düşdü: qızardı, dadlı bir təbəssümlə üzümə baxıb, əli ilə bir iki dəfə yanaqlarıma vurdu... Yalnız bunu xatırlayıram: qadını qucaqlayıb çarpayının uzərinə atdığımdan xəbərim olmamış... O gündən etibarən rast gəldiyim qadınla elə rəftar etmişəm. Təbii ehtiyacın dəfi üçün heç bir şairanə müqəddəməyə lüzum duymadım. Bu qedər. Sən başqa - ehtiyacı susdurmağa çalışırsan, ehtiyac hissi müqavimətdən şişərək xəstə bir şəkil alır.

Bu sözlərdən sonra Xəlil ciddiliyini qaib edərək qəhqəhə ilə gülüb əlavə etdi:

– Dəruni böhran dediyin dişi dərdidir. Bir dişi tap da, normal bir adam ol. Vəssəlam! Yoxsa, hər şeydən avara olacaqsan.

 

 

Rüstəmbəy Xəlilin sözlərini haqlayaraq susdu. Lakin ağlı təsvib edən şeyi dəruni bir başqa qüvvə inkar edirdi. Bu qüvvənin təyini yolunda çox düşündü, "bacarıqsızlıq" - deyə fıkrindən keçirdi. Bir də yazıq bir əda ilə Xəlilin üzünə baxıb:

– Bacarıqsızlıq, - dedi, - görürəm, sən deyənlər doğru; ancaq həyata keçirmək üçün bir şeylər lazım... vaxt və bacarıq lazımdır. Bu da ki, məndə yoxdur. Mən təbiətən yalnız bir məqsədə doğru gedə bilirəm, ikiyə ayrılmıram. Dərunimdə bir əsgər var; "marş irəli!" - dedimi, yürüyürəm. İstiqamət dəyişilməz, əfəndim! - deyə Rüstəmbəy güldü, Xəlil də gülərək:

– Bir dəfə də qadın cəbhəsinə hücum etməli, - deyə qəhqəhə ilə güldü.

– Mən razıyam, zalım oglu "əsgər" razı olmur. İkisi də güldü. Sonxa Xəlil ciddi bir səslə:

– Bu axşam boşam. Dünən Tanya gəlmişdi, ehtirasımı sondürdü. Bu axşam münasib bir yerə gedə bilərəm.

– Məsələn.

– Gələndən Qulamrzagilə getmisənmi?

– İclas günü orada idik...

Xəlil:

– O heç! - deyə Rüstəmbəyin sözlərini kəsdi, - kişi evlənmişdir, ailə sahibidir. Ziyarət etmək borcundur.

– Yaxşı, - deyə Rüstəmbəy razı oldu.

– Saat neçədir? - deyə Xəlil soruşdu.

Rüstəmbəy qoluna baxaraq:

– Beşə bir az qalır, - dedi.

– Bir-iki saat gəzək, sonra gedək. Vladimirski qorkaya tərəf getdilər.

Monastırın yanındakı qapıdan qorkaya girib, Dneprə nazir xiyabanda bir skamyaya yerləşdilər. Dnepr daşıb, qarşıdakı slobotkanı basmışdı. Sağ tərəfindəki çar bağı çiçəklər içində cilvələnirdi; sərin hava yasəmənlər arasında titrəyərək rayihələr saçırdı. Sol tərəfdəki altun qalpaqlı kilsələr yaldızlı şüalar səpələyirdi.

Bu gözəl mənzərə Rüstəmbəyin ürəyində hüznlər doğururdu. Yan tərəfdən xoş bir təbəssümlə yoldaşının sönük çöhrəsini süzən Xəlil:

– Yenə nə düşünürsən? - dedi.

Rüstəmbəy dərin düşüncədən zorluqla ayrılaraq köksünü ötürüb dedi:

– Mənə belə gəlir ki, həyatın qəlbi daima məndən kənar bir yerdə çarpır. Mən bu çarpıntının olmasını duyuram, amma onda iştirak etmirəm.

Rüstəmbəy fəal bir vəziyyət alıb, qollarını ölçərək:

– Həyat coşarkən hər bir fərdin köksündə əks-sədalar doğurmalı; çünki fərdlər həyatdadır, həyat fərdlərdə deyil... Bax, mən bu əks-sədaları duymuram. Həyat dairəsindən kənarda duraraq, yalnız iştiraksız bir şahid vəzifəsi görürəm...

– Sənin bu fəlsəfənin mənasını anlamıram, - deyə Xəlil onun sözlərini kəsdi və bir az da kəskin: - Nə üçün həyatdan kənarda qalırsan? İndi pul qazanırsan, gəncsən, gözəlsən, təhsilin var - həyatın ən coşqun yerinə belə girməyə əlində vəsilələrin var. Nədənsə passiv duraraq rezonyorluq edirsən... Əzizim, insanın, ya heyvanın dərunində təbii bir çağırış var. Çağırdımı - "baş üstə!" deməli. Sən bunu unudursan. Canlı həyat tələblərinə qulaq asmırsan da, kitablardakı səfsətələri dinləyirsən...

İki qızın bunların yanından ötüb getmələri Xəlilin nitqinə xitam verdi. Arxalarınca müştəri gözü ilə baxaraq, düşündü. Birdən:

– İştə həyat, tamaşaya lüzum varmı? Dur gedək, tanış olaq. Rüstəmbəy getməməzlik göstərdi:

– Əşi, işin yoxdur? - dedi.

Xəlil hiddətlə onun qolundan tutub dartdı:

– Bu iş deyil? Dur, - deyə onu yerindən qaldırdı.

İri addımlarla yürüyüb, bir az sonra sürəti azaltdılar. Qızlar addım səsləri eşidərək geri çöndülər və bir-birinə bir şeylər söyləyib gülüşdülər. Xəlil Rüstəmbəyə yönəlib sevinclə:

– İşlər yaxşıdır, - dedi və sonra qızlara eşitdirərək: - Bahar gözəldir, ancaq... onu duyanlar və anlayanlar üçün gözəldir.

Qızlar yenə geri dönüb, sonra yenə pıçıldaşaraq gülüşdülər. Xəlil sözlə qızları daşlamada davam edirdi:

– Bahar ildə üç ay gəlib insanları nəşələndirib gedər. Lakin... burada bir mühüm "lakin" var. Dürüst qulaq asın. Gənclik baharı yalnız bircə dəfə gələr... Təkrar olunmaz!.. İstifadə etməyən peşmanlıq oduna yakılar...




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 251; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.058 сек.