Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 16 страница




– Doğrudan, haradadır? Qulamrza qızararaq:

– Çox pulsuzlamışdı, saxarin alıb aparmışdır.

– Qafqazamı getmişdir?

– Zənn etməm. Don tərəf qarışıqdır, yolda qatarları soyurlar. Yəqin şimala getmişdir... Hər halda, bir yerdə satıb dönəcək.

Rüstəmbəy düşündü. Tələbənin qaçaqçılıq etməsi ona tühaf göründü. Dedi:

– Bir müsamirə düzəltməliyik. Zənn edirəm, on-on beş min toplanar.

Qulamrza Rüstəmbəyin fikrini təsvib edərək:

– İmranın bir yəhudi dostu var. Bu adam müsamirə düzəltməsi ilə məşhurdur. Xərcini də öhdələrinə götürürlər. Qazancı bölərik.

– Yaxşı. Sən danış, işə başlayaq.

Bu əsnada Müslüm gəlib çıxdı. İslanıb aşağıya doğru sallanmış bığlarını düzəldərək sobanın yanına keçdi.

– Qiyamətdir, - deyə əllərini qızdırmağa başladı. Rüstəmbəy ondan:

– Haradan belə? - deyə sordu.

– Radadan gəlirəm. İşlər xaraba bənzəyir: Ukraynaya qarşı bolşevik orduları hərəkət etmədə imiş. "Daxili işimizə qarışmayın", - deyə verdikləri notadan bir şey çıxmır.

Rüstəmbəyi fıkir götürdü. Qulamrza bir az sükutdan sonra:

– Yanı, dava olar? - deyə Rüstəmbəyin üzünə baxdı. Rüstəmbəy ciddi sima ilə:

– Davaya ehtiyac varmı? Bolşeviklər qarşıdakılarını içindən əridirlər. Bir də görəcəksən Ukrayna ordusu çökdü; çünki bolşeviklərin meydana atdığı şüarlara qarşı deyiləcək bir söz ola bilməz: aydın, gözəl! Yalnız. dövləti ənənəyə malik, qatı milli hissi olan bir millət, zənnimcə, müqavimət göstərə bilər.

Müslüm əlini-əlinə sürtərək güldü:

– Siz öləsiniz, - dedi, - kişilər yaman adamdırlar! Əvvəl gözə görünməyib sonra bir də yerdən qaynayır, göydən yağır, aləm bolşevikə dönür.

Qulamrza da zarafata başlayıb:

– Yəqin, çin deyilən bunlardır, - dedi.

Müslüm:

– Cin də bunlardan qorxur! Rüstəmbəy ciddi simasını dəyişməyərək:

– Bolşevikliyi doğuran şərait çoxdur, - deyə yerindən qalxdı.

 

Bolşevik-Ukrayna münasibəti gərginləşərək, kəskin bir şəkil almışdı. Yeni qurulmuş dövlət idarəsi yavaş-yavaş çözülür; ordu pozulub dağılmada idi. Terror başlamışdı: bolşevikliyə mənsub mühüm simalar oğurlanıb öldürülürdü.,. Nəhayət, gizli mücadilələr açıq bir şəkil aldı: iki tərəf də silaha sarılıb küçələrdə vuruşmağa başladı.

Rüstəmbəy iki gündü otağında oturub hadisələri pəncərəsindən seyr edirdi. Zahirən bir-birindən ayrılmayan, ikisi də əsgər, yaxud sivil geyimli adamlar biri digərini təqib edərək öldürür. Atışma səsindən qulaq tutulur. Evlərin içəri pilləkənlərinə toplanan kirəçilər min bir şayiə yayırdılar:

– Bolşeviklər hökumət binasmı almışdır.

– Ukraynalılar məktəbi səngər edən yüzlərcə bolşevikləri qırmışlar.

– Olüləri toplamaq üçün mütarikə olmuşdur...

Qapıdan başlarını dışarıya göstərməyə belə cəsarət etməyən bu adamlar bir saat sonra yeni xəbərlər söyləməyə başlayırdılar...

Rüstəmbəy darıxırdı. Oxumağa həvəsi qalmamışdı. Otaq ona zindan kəsilmişdi.

Axşama yaxın atışma bitdi. İki gündən bəri evlərdə qapanan xalq küçələrə səpildi. Rüstəmbəy də çıxdı. Şəhərdə bolşeviklərin sakin olunması duyuldu.

Rüstəmbəy haman Qulamrzanın yanına qoşdu. Bəzi küçələrdə səngərlər yapılmışdı. Xalq qaynaşmada idi. Əlləri vedrəli su arayanlar, çörək dalınca qoşanlar ötüb keçmədə idi. Ara-sıra Ukrayna əsgərləri tərəfindən həbs olunmuş işçilər gözə çarpırdı. Sərt və inad baxışları ilə ətrafdakıları süzərək, güllələnməyə gedirdilər...

Bunları seyr edən Rüstəmbəyin dərunində yenə şübhəlor qaynaşmağa başladı. İnsan qanı tökülməsi onda ikrah hissi oyatdı. "Bu vəhşətlərə lüzum varmı?" - deyə düşündü və önündəki məfkurə zənn etdiyi parlaq ulduz sislərə batdı.

Komitə üzvləri bir yerə toplanaraq söhbətə məşğuldular. Nədənsə hamı nəşəli idi: ciddi danışıqdan çox zarafat meydan almada idi. Müslüm:

– Gərəsən, Mametoviç necə oldu? - deyə fırlatdı.

– Yəqin, bir xəlvəldə gizlənib məqam güdür. Rüstəmbəy:

– Mametoviç zamanı deyil. Hadisələr min Mametoviç kimi zabitləri yuyub aparır. Həqqi:

– Bizim müsamirə də Mametoviçin yanına getdi, - deyə qəhqəhə ilə güldü.

Qulamrza kibrit ucuna pambıq dolayıb, qulağını qurdalayaraq:

– Pir olmuş, - dedi, - xalq bir-birini qırır, sən də toy axtarırsan. Bu gün-sabah bolşeviklər gələcək, Qulu bizə elə bir "müsamirə" düzəldəcək ki, dadı qiyamətə qədər damağımızdan getməyəcək.

Qulamrzanın zarafatı Rüstəmbəyi ciddi olaraq məşğul etdi. Qulunun komitə üzvlərinə qarşı kin bəslədiyini nəzərə alaraq dedi:

– Doğrudan, uşaqlar, Qulu bizə xətər yetirəcək. Bunu bilməliyik. O ən kirli vasitələrdən belə istifadə edəcək...

Qulu məsələsi bir müddət yoldaşları məşğul etdi. Bir çox mülahizələr yürüdüldü. Nəhayət, məsələ yenə zarafatla bitdi. Qulamrza:

– Ukraynalıların basıldığını duyar-duymaz, yığışıb Qulunun yanına gedərik, bir-iki də tüfəng peşkəş apararıq, - deyə qulağını qurdaladı.

Həqqi ayağını ayağının üstə mindirib:

– Mənim xətrimi istəyir, - dedi, - sizi barışdıraram.

– Barışan ilan deyil!..

Rüstəmbəy ciddi bir hal alaraq, zarafata xitam verdi:

– Yoldaşlar, - dedi, - cari məsələlərimiz qaldı. Qulamrza haman kağızı götürüb masanın yanında yerləşdi. Rüstəmbəy qeyd etdiyi məsələləri oxuyub:.

– Əlavəniz yoxdur ki? - deyə sordu. Həqqi zəif səslə:

– Şəhər mühasirə halı alır. Yabançı adamları şəhərdən çıxarırlar. Necə olacağımızı düşünməliyik. Daha bundan böyük məsələ ola bilərmi?

Rüstəmbəy sakit bir halda:

– Onu danışacağıq, - dedi və sonra əlavə olmadığını bilib:

– Yoldaşlar, - dedi, - siyasi vəziyyət olduqca incədir. Xarkov alınmış və orada Ukrayna bolşevik hökuməti qurulmuşdur. Görünür, bolşevik orduları Kiyevə doğru yürümədədir. Çarpışma olacaq. Milli hökumət buna hazırlanmalıdır; düzülən batareyaları görmüsünüz. Vəzifəmiz bu qarışıqlıqdan salamat qurtarmaqdır. Bu günün məsələsi şəhəri təmizləyən komitəyə nümayəndə göndərməkdir...

Qulamrza Rüstəmbəyin sözlərini kəsərək:

– Nümayəndənin vəzifəsi nə olacaq? - deyə sordu.

– Vəzifəsi səndə adlar qeyd olunan qafqazlılara vəsiqə almaq. Bilirsən ki. əlində Ukrayna vəsiqəsi olmayanları tutub sürəcəklər.

Müzakirə edib, Rüstəmbəyi nümayəndə seçdilər. Sonra kiçik mə-sələlərin həlli ilə uğraşmağa başlandı.

Toplar nərildəyir, arabir mərmilər partlayaraq, ətrafı titrədirdi. Rüstəmbəy bu ölürn saçan gurultunu eşitməz olmuşdu. Neçə günlük işsizlikdən o yenə dəruni aləminə dalaraq böhran kecirmədə idi. Tənhalıq hissi, ümidsizlik, acı şübhələr dumanlanaraq mənəvi üfüqlərdə dolaşmada idi. Varlığı aşağılara doğru sürükləyən bu duyğuya qarşı heç bir qüvvə təsəvvür edə bilmirdi.

Otağı sabahdan axşama qədər dolaşıb, yorulub oturur; kitablarını birər-birər açır, qapayıb nifrətlə atır, carpayının üzərində uzanır, düşünməyə çalışır. Nəbzinin vurmasını duyur, sayır. Daima eyni ritm, eyni çarpıntı onda tühaf mülahizələr oyadır: "İştə həyat, iştə tarix. iştə əbədiyyət- daima eyni çarpıntı, təkərrür edək eyni ritm. Tarix-təkərrür dairəsində fırlanan əzəli və əbədi bir çarx; bu gün vaqe olan hadisələr təkrar-təkrar olmuş və təkrar-təkrar olacaq. İnsan, yeni deyə, bu hadisələrə qapılıb ölür, öldürür... Yox, bu hadisələr yeni deyil; insan aldanır..."

Rüstəmbəy mülahizələrinə davam edərək, bəşər tarixinin məntiqsizliyinə qarşı üsyan edib, nisyan boşluqlarında gizlənməyə çalışırdı. Sofi əbasına bürünərək, ana dənizə qovuşmaq istəyir... Lakin heç bir fəlsəfə onu qane edə bilmir. Böhran yenə haman böhran!..

Rüstəmbəy geyinib çıxdı. Küçələr boşdu; top nəriltisindən başqa bir şey eşidilmirdi. Daim laqeyd və təğyirsiz təbiət yenə öz işində idi - qar tökür, ağ geyinmiş ağaclar xortlamış ölüləri andırırdı. Hərdənbir havadan uçan mərmi ilan kimi mələyirdi. Bir az sonra patıltı qopur, şrapnel səpilirdi. Rüstəmbəyin dəruni acıları ölümlərə ölüm saçırdı. O heç bir təhlükədən çəkinməyərək, qəbiristan xiyabanlarını xatırladan küçələri dolaşa-dolaşa Qulamrza yaşayan evə doğru getdi.

Evin şüşələrinin sınıb qaldırımın üstə səpilməsi Rüstəmbəyi ayıltdı. Divarın ortasında mərmi böyük bir dəlik açmışdı. Rüstəmbəy pilləkənlə qalxıb, qapıları qapalı gördü: evi tərk etmişdilər. Geri döndü. Qonsu evləri yoxladı. Eyni halın şahidi oldu. Zirzəmilərdən birində gurultu duyulurdu. Aşağı endi. Adam-adama söykənərək, bir-iki xırda otağı doldurmuşdu. Rüstəmbəy başını otağa salıb zənlə baxdıqda:

– Rüstəmbəy! Rüstəmbəy! - deyə onu tanış səs qarşıladı. Qulamrza və Sayad bacı yerlərindən qalxıb, ona doğru gəldilər.

Sayad bacı görüşüb məsələni anlatdıqda:

– Canım, - dedi, - bu vurhavurda evdən çıxılarmı? Rüstəmbəyin dodaqlarında oynayan məsum təbəssüm bütün bədbini cizgiləri sildi:

– Darıxdım... Sizdən də çox nigarandım... Sayad bacı mütəşəkkir bir sevinclə:

– Yaxşı ki, sizə heç bir şey olmayıb. Bilirsiniz, çox qorxuludur. Rüstəmbəy cox düşünmədən:

– Bura narahatdır, bizə gedək, - dedi. Qulamrza əlini-əlinə vurub güldü:

– Əşi, qəribə adamsan! Canım, yazığıq, xərc çəkib yenicə evlənmişik... - dedi və Sayadın boynunu qucaqladı.

Sayad bacı Qulamrzanın əlini özündən uzaqlaşdıraraq:

– Dinc dur bircə! - dedi. Sonra Rüstəmbəyə yönələrək:

– Gəlin, bir az unumuz vardı, burada bişdüş maşınında çörək bişirib yeyirik. Gəlin, sizi də qonaq edək.

Rüstəmbəy adamları yararaq, keçib dar bir yerə sığındı.

Otaq tərəkəmə köcü halında idi: böyüklərin acıqlı səsi körpələrin mələşməsinə qarışmışdı; bir tərəfdə əski yuyulur, o tərəfdə qazan qaynayırdı. Kirli çocuqlar döşəmənin üzərinə səpilib, kimi yatır, kimi oynayırdı. Fəna qoxu ürək bulandırırdı.

Rüstəmbəyi geri buraxmadılar. İki gecə burada soyunmadan keçirdi. Üçüncü gecə atışma səsi kəsildi. Şəhərdə dəyişiklik olduğunu hər kəs duydu. Oradakı xidmətçi qızların sevincindən bolşeviklərin qələbə çalması sezilirdi.

O biri səhər küçədəki gediş-gəliş səsi hamını erkən ayıltdı. Çıxdılar.

– Bolşeviklər! Bolşeviklər! - deyə eşidilən səslərin bəzisində yas duyulur, bəzisi ümid və səadət doğururdu.

Rüstəmbəy Qulamrzanın qolunu sıxıb yavaş səslə:

– Durmaq yeri deyil. Evdəki kağızları yandırmaq lazımdır. Yəqin,

Qulu fitnələrə başladı.

Bir dəqiqə qaib etməyib, Qulamrzanın otağına çıxdılar. Pəncərələrin şüşələri sınmışdı. Masanın qutusunu açıb, kağızları cəld gözdən keçirdilər. Bir dəqiqə sonra, komitənin protokolları, möhrü və bir çox vəsiqələr sobaya doldurulub yakıldı.

– İndi şüşələri təmir etmək lazımdır, - deyə Qulamrza un islatmağa başladı. Qəzetləri kəsib şüşələrə yapışdırdılar.

– Evi də istiləndırməli, - deyə Rüstəmbəy küncə toplanmış odunlara tərəf yönəldi. Sobanı yakdılar. Ancaq əllərini yumağa su tapmadılar - su yolları pozulmuşdu. Bu məsələni də Sayad bacı təsviyə etdi: enib həyətdən bir vedrə qar gətirdi. Bunu sobanın yanında əridib yuyundular.

Rüstəmbəy şəhərə çıxmalarını məsləhət gördü:

– Evdə oturmaqdan xata çıxar. Gedək, görək şəhərdə nə var. Köhnə pasportlarımızı yanımızda saxlamalıyıq, orada kim olduğumuz bəlli deyildir. Bir də indi axtarılan adamlar Ukrayna milli hərəkatına mənsub olanlardır. Bizlə işləri olmaz.

Sayad bacını evdə qoyub çıxdılar.

Şəhər başdan-başa silahlı adamlarla dolu idi. Neçə gündən bəri evlərdə bəst keçirən əhali də küçələrə səpilmişdi; lakin o şıq geyimlər, xəz tuluplar, lətif şlyapalar görünməz olmuşdu. Hər kəs özünü yoxsul qiyafəsinə salmağa çalışmışdı. Rüstəmbəyin həmişə küçələrdə rast gəldiyi zabitlər çinlərini açıb şapkalarına texnik nişanı yapışdırmışdılar.

Bolşeviklər şübhəli zənn etdikləri adamları durdurub vəsiqə tələb edirdilər. Rüstəmbəylə Qulamrzanı da bir neçə dəfə dayandırdılar.

– Qulamrza, sən evə get, gör nə var. Sonra krımlı Əhməd əfəndinin qəhvəxanasına gəl, məni gözlə. Mən də bir saatlığa evə dəyəcəyəm.

Qulamrza bir az düşündü və sonra:

– Nə var, Rüstəmbəy? Yoxsa bir şeydən ehtiyat edirsən?

– Ehtiyat ki... hər halda ehtiyat lazımdır. Vəziyyətimizi rəsmən aydınlaşdıranacan evə gəlməmizi məsləhət görmürəm.

Qulamrza məsələni qavramayan bir tərzdə:

– Ev qorxulumu?

– Qulu adres verə bilər, bu qarışıqlıqda batıb gedərik. Bu saat acıq və intiqam hissi gözləri pördələmişdir.

Yoldaşlar ayrıldılar.

Rüstəmbəy evə gəlib, heç bir dəyişiklik görmədi. Yalnız ev xanımının rahatsız olduğunu duydu.

Birinci sırada kağızlarını arayıb, şübhəlilərini yandırdı. Sonra camasırını dəyişib yuyundu. Bu əsnada qapı açılıb, içəri tüfəngli bir ısçi ilə iki əsgər girdi.

– Silah varmı? - deyə axtarışa başladılar. Bu sahədə təcrübəsizliklərini göstərdilər.

Rüstəmbəy bunları ötürüb, üzünü qırxmağa yenicə oturmuşdu, ikinci bir dəstə içəri girdi. Rüstəmbəy qeyri-məmnun bir halda:

– Yoldaşlar, mandatınız varmı? - deyə sorduqda əsgərin biri acıqlı bir surətdə:

– Mandatımız budur! - deyə tüfəngin süngüsünü irəli uzatdı. Rüstəmbəy səsinin tonunu dəyişərək:

– Qardaş, zarafat edirəm, axtara bilərsiniz, - dedi. Axtarış başlandı. Yenə əsgərlər eyni naşılığı göstərirdilər: başlıca olaraq silah arayırdılar; kitab və kağıza yaxın belə düşmürdülər.

Rüstəmbəy gözlərinin quyruğu ilə bunları süzərək, üzünü qırxmasında davam edirdi.

Əsgərlər oranı-buranı əlləşdirib qapıya doğru yönəldilər. Biri:

– Burada neçə otaq var?

– Dörd.

Əsgərlər bir-birinin üzünə baxıb nə düşündülərsə, o biri otaqlan axtarmadan vaz keçib getdilər.

Rüstəmbəy cəld geyinib, otağın qapısını qapadı. Ev xanımı ilə görüşüb dedi:

– Mən gedirəm, işim var. Bir neçə gün gəlməyə bilərəm, rahatsız olmayın. Məni sorsalar, burada yoxdur - deyərsiniz.

Xanım maraqlanıb sual vermək istədt, lakin Rüstəmbəy cavabdan çəkinərək getdi.

Pilləkəndən enərkən, iki əsgər qiyafəliyə rast gəldi. Bunlar qapıların nömrəsinə baxırdılar. Rüstəmbəyi görçək:

– Yoldaş, on səkkizinci mənzil hansıdır?

– Yuxarıdadır.

– Orda Rüstəmbəy adlı birisi yaşayırmı? Rüstəmbəy özünü itirməyərək:

– Yaşayır... Saqqallı bır adammı? Əsgərlər düşünərək:

– Saqqallı olduğunu bilmirik, - dedilər və tənbəl addımlarla dikləndilər.

Rüstəmbəy:

– Deməli, Qulu çalışmağa başlayıb, - deyə sürətli addımlarla enməyə başladı.

Rüstəmbəy Qulamrzanı Əhməd əfəndinin mənzilində buldu. Əhməd əfəndi rus qadını ilə qarşı-qarşıya oturub, qəhvə içmədə idi. Rüstəmbəyin gəlməsinə Əhməd əfəndi heç də əhəmiyyət vermədi. Burada adam yox imiş kimi, arvadı ilə danışır, qonaqlara qəhvə belə təklif etmirdi. Qulamrza Rüstəmbəyi böyük otağın bir guşəsinə çəkib:

– Görürsən, nə soyuq köpək oğludur? - deyə şikayətləndi. - Biz lazım olanda necə ətrafımıza dolanırdı. Neçə dəfə ununu həczdən qurtardıq...

Rüstəmbəy məyus bir halda:

– Onlardan keçib. İnsanın üzü dönük olar, demişlər. Başımıza çarə qılmaq lazımdır, çünki bu gecə daldalanmağa yerimiz yoxdur.

Qulamrza düşündü. Uzun müddət sakitlik keçdi. Arabir Əhməd əfəndi gülür və ya qəhvə fincanını şıqqıldadırdı. Rüstəmbəy bu zəngin krımlını süzərək:

– Bilirsən, - dedi, - bu adamın özü də bizi ələ verər. Tacirlərin dini, məzhəbi olmaz.

Qulamrza acı bir qəhqəhə ilə güldü. Rüstəmbəy də gülümsünüb dedi:

– Gəl şəhər mühafizinin yanına gedək. Nə olacaq-olsun; başqa çarəmiz yoxdur.

– Əşi tutar, güllələdər. Dəli şeylərdir.

– Heç bir şey olmaz. Gedək.

– Gedək, nə deyək?

– Söz tapılar. Rüstəmbəy Əhməd əfəndiyə bir söz deməyərək, otağı tərk etdi.

Qulamrza da tərəddüdlü addımlarla onu izlədi.

Qonaqların otaqdan çıxması Əhməd əfəndinin hal və vəziyyətində heç bir dəyişiklik doğurmadı. Yenə əvvəlki kimi arvadına bir şeylər anladıb, arabir qəhqəhə ilə gülürdü.

Mühafizin qəbul otağı adamla dolu idi. Əsgəri libaslılar girib-çıxır, bərkdən danışır, əmrlər verirdilər. Şəhərin cürbəcür təşkilatları tərəfindən göndərilmiş nümayəndələr orada-burada toplanıb yavaş səslə danışırdılar. Papiros tüstüsü havada lay-lay durmuşdu.

Rüstəmbəylə Qulamrza içəri girdikdə əvvəl nə edəcəklərini bilmədilər. Sonra ətrafi süzərək, küncdəki masanın arxasında oturmuş bir gəncə müraciət etdilər.

– Yoldaş, - dedilər, - mühafızi görmək olarmı? Gənc mchriban bir səslə:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 323; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.062 сек.