Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 4 страница




Qızın biri yavaş səslə:

– Amma nə ustalıqla başlayır, - dedi və yoldaşına qısılaraq güldü.

Xəlil cəld:

– Mən doğrudan da ustayam, səadət sarayı yapıram.

Qızın bu dəfə ikisi də çönərək işvəkar heyrətlə:

– Eləmi? - deyə Xəlildən soruşdular.

– Elə! Elə! - deyə Xəlil qızın birinə yanaşdı və o biri qıza:

– Yoldaşım utancaqdır. Lütfən onu məşğul ediniz, - dedi.

Qızlar qəhqəhə ilə gülərək, yaxındakı skamyaya əyləşdilər. Rüstəmbəy sağdan, Xəlil də sol tərəfdən oturdu.

 

 

Şirin söhbət davam edirdi. Xəlil məzhəkələr, lətifələr, cürbəcür dadlı vəqələr söyləyib qızları güldürürdü. Rüstəmbəy də danışır, o da maraqlı söhbət sahəsində Xəlildən geri qalmırdı.

Xəfıf qaranlıq yavaş-yavaş çökərək, ətrafı doldurur; orada-burada işıqlar parlayıb sayrışmağa başlayırdı. Əlvan rəngli parlaq zolaqlar Dneprin səthində oynaşmada idi. Qoşa-qoşa dolaşan oğlan və qızların sayı get-gedə artır, gənclər tənha skamyalara yerləşirdi.

Xəlil yanındakı qızın əlini əlinə alıb oxşayır və xəfıf müqavimətini qıraraq arabir dodaqlarına gotürürdü. Artıq söhbət ümumilikdən fərdiliyə keçmişdi; hər kəs öz yanındakı qızı məşğul etmədə idi. Lakin xətli-hərəkətlər başqa-başqa idi.

Xəlilin axır məqsədi qızı "bişirib" bir gün otağına gətirmək, məramına çatmaqdı. Rüstəmbəy isə heç bir məqsəd təqib etmirdi və bəzən vaxtın lüzumsuz yerə keçməsinə də təəssüflənirdi. Birdən:

– Oturduğumuz bəs deyilmi? - deyə Xəlil səsləndi.

Rüstəmbəy:

– Necə istərsəniz, - deyə cavab verdi. Qalxdılar. Xəlil öz qızı ilə ön tərəfə keçib bir az da aralanmağa çalışdı. Rüstəmbəy sakit addımlarla onu izlədi.

Qorkadan yüz addımlıq bir məsafədə qızlar əl verib, qonşu küçələrdən birinə getdilər.

Xəlil şən bir halda qolunu Rüstəmbəyin qoluna keçirib qəlbi sükutla:

– Randevu hazır! - sabah axşam görüşəcəyik, - Sən də təyin etdinmi? - deyə sordu.

Rüstəmbəy passiv bir gülüşlə başını fırladı:

– İşin yoxdur? - dedi.

Bu sözlər Xəlili özündən çıxardı:

– Dünyada hamı işsizdir də, təkcə sən iş adamısan.. Amma iddian var ha!.. Sən yaxşı ki, Allah deyilsən, yoxsa dünyanı qadınsız yaradardın... Amma tühafsan ha!..

Rüstəmbəy laqeyd gülüşündə davam edərək, Xəlilin hiddətli gözlərini süzür, bir söz belə demirdi. Xəlilin deyinib susacağını bilirdi; elə də oldu. Xəlil Rüstəmbəyin ətraflı yaşamamasını, pedantlığını tənqid edərək coşdu. Səsini yüksəldib, kəskin sözlər belə qullandı. Sonra sakit olub susdu. Bir müddət danışmayaraq yürüdülər, axırda adi rəftarları ehya olundu.

Xəlil və Rüstəmbəyi Qulamrza nəzakətlə qarşılayıb, otağa dəvət etdi. Burada ortaboylu, çəlimsiz bir qadın ayağa qalxıb, cəsarətsiz bir təbəssümlə qonaqlara təzim etdi,

Qulamrza:

– Rüstəmbəy, Xəlil tanışdır, sən tanış deyilsən. Sayadla tanış ol, - deyə arvadını təqdim etdi.

Rüstəmbəy və Xəlil Sayadın əlini sıxıb oturdular. Xırda dolabın üzərindəki samovar mürgü döyən pişik kimi hərdəmbir xoruldayırdı. Sayad qonaqlara çay tökdü. Masanın üstünə ağ çörək, yağ, pendir və pasta qoydu. Sonra dolabdan zoğal mürəbbəsi çıxardı. Rüstəmbəy:

– Qulamrza, - dedi, - yəqin Qafqazdan qəzet gətirdirsən.

– "Kaspi" gəlir. Sayada da "Açıq söz" gətirdirəm; çünki Sayad yalnız türkcə oxuyur, - deyə Qulamrza gülümsədi və güzəştedici bir nəzərlə arvadına baxıb əlavə etdi: - İndi rusca da oxumağa başlamışdır.

Xəlil:

– Sayad bacı, - dedi, - indi gərək rusca danışılanda başa düşəsiniz.

Sayad aşağı baxaraq:

– Bir az başa düşürəm... ancaq hələ danışa bilmirəm.

Birdən Sayadın üzü qəmgin bir şəkil aldı:

– Müsəlmanlar belədir də, qız uşağını oxutdurmurlar, bədbəxt edirlər. Ana dilini də Qulamrzadan öyrənmişəm. Bilsəniz. necə qorxa-qorxa oxuyurdum.

Xəlil təsəlli verərək:

– Sayad bacı, qəm eləməyin, hələ cavansınız.

Sayad yenə yerə baxa-baxa:

– Axır, başqa millətlərin içində biz nəyə geri qalaq?

Rüstəmbəy populyar bir surətdə Dreper nəzəriyyəsini Sayada anlatmağa başladı:

– Sayad bacı, - dedi, - bu yalnız bizdə deyil, başqalarında da görünmüşdür. Millət bir fərd, bir adam kimi şeydir, böyüyər, gənclik və qocalıq dövrləri keçirər. Sonra ölər. Cahil və kamil vaxtları olar.

Rüstəmbəy yunan, Roma, Misir, fars və ərəb mədəniyyətinin parlaq zamanlarını təsvir edib, sonra düşduklərini qeyd edərək:

– Bizim millət də, - dedi, - indi cahil dövrünü keçirir; lakin ayılmasının əlamətləri görünür, ayılacaq və parlaq bir gələcəyə də malik olacağı şübhəsizdir.

Məxsus Sayadın bilgisini artırmaq üçün söylənilən bu fikir başqalarını daha çox maraqlandırırdı. Xəlil Dreper nəzəriyyəsinə qarşı etiraz edərək, Marks nəzəriyyəsini irəli sürdü və qədim mədəniyyətlərin yox olmasını iqtisadiyyat qanunu ilə izah etməyə çalışdı.

Rüstəmbəy münaqişəyə girmədən əvvəl Sayadın səviyyəsini nəzərdə tutaraq, qalxıb divarda asılan xəritəyə yanaşdı. Hər kəs gözlərini xəritəyə tərəf çevirdi. Hələ coğrafiyanı qavramayan Sayad bacı həsrətlə xəritəyə baxaraq, var qüvvəsini Rüstəmbəyin sözlərinin ətrafına topladı. Rüstəmbəy vaxtilə mədəniyyət beşiyi olan ölkələri göstərərək:

– Baxın, - dedi, - Makedoniya kimi bəlli olmayan ölkədən bir İsgəndər çıxır, dünyanı istila edib, millətinin adını tarix səhifəsində yerləşdirir. Ərəbistan çöllərindən bir Məhəmməd zühur edib, meydana bəzi demokratik fikirlər atır. Nəticədə bir çox millətləri və ölkələri öz millətlərinin hakimiyyətinə tabe edir... Isgəndərlər, Məhəmmədlər, Atilla və Teymurlar millətin gənclik enerjisindən nəşət edən qüvvələrdir.

Rüstəmbəyi diqqətlə dinləyən Qulamrza:

– Rüstəmbəy, bu tarixi simalarmı millətini irəli çəkir, yoxsa millətmi bunları irəli sürür? - deyə sordu.

Rüstəmbəy qətiyyətlə:

– Fərd bir kollektivin üzvüdür; meyvə ağacın məhsuludur. Fərd kollektivin, meyvə ağacın xassəsini daşıyır. Tarixi sima millətin ruhundan doğar, o ruhu yüksəldər və aləm qarşısında nümayiş etdirər. Tarixi sima millətin təzahürüdür. Millətin qabında bir şey olmazsa, təzahürü də olmaz!

Xəlil dinləyərək arabir başını bulayırdı; Rüstəmbəyin sözü bitər-bitməz açıldı;

– Deməli, sənin fikrincə, millətin biri istedadlı, digəri isə istedadsız olur?

Rüstəmbəy dərin bir etiqadla:

– Bəli! - dedi.

Xəlil kəskin bir halda:

– Bu fikir qətiyyən doğru deyil, - dedi. - İstedadca millətlər arasında fərq yoxdur. Şərait başqadır; tarixi, ictimai və iqtisadi şəraiti əlverişli olan millətin tarixi rolu da başqa olur.

Rüstəmbəy Xəlilin fıkirlərinə şərik olmayıb, öz təsəvvürlərini doğrultmaq üçün tarixdən alınmiş bir çox dəlillər göstərməyə başladı. Nəhayət, Qafqazı irəli sürərək eyni şəraitdə yaşayan gürcü, erməni və türklərin mədəni səviyyələrini qeyd etdi.

Erməni və gürcü mədəni və gözüaçıq olduğu halda, türklər cəhalət içində boğulur. Halbuki üçünün də iclimai və iqtisadi vəziyyətləri az-çox bərabərdir, - dedi.

Xəlil yenə etiraz etdi.

Münaqişə uzandı, nəhayət Qulamrza ortaya başqa bir məsələ atmaqla söhbəti dəyişdi.

 

 

Rüstəmbəy məzuniyyətini bitirdikdən sonra bir ay da artıq Kiyevdə qaldı. Bu iki ayı, bir dəqiqə qaib etmədən, kitab və qəzetlərin mütaliəsi ilə keçirdi. Paytaxt qəzetlərindən başqa, Qafqaz mətbuatını da təqib etmədə idi. Kerenski hökuməti bütün idarəsizliyi ilə davam edir və hərc-mərclik geniş Rusiyanın bir başından tutmuş o biri başına qədər dalğalanırdı. Cəbhə get-gedə pozulur vətənpərvər nitqlər, çağırışlar artıq kimsəyə təsir etmirdi. İdarə ipi qırılıb hər vilayət, hər şəhər, bəlkə hər kənd özbaşına qalmışdı. Çörək, un, şəkər kartları ərzaq böhranının önünü ala bilmir; mağazalar və dükanlar qarşısındakı növbələr uzanmaqda idi. Ehtikar görulməyən bir şəkil almışdı. Hər şey alınıb satılır; məmləkətin şərəf və namusu belə müzaidə edilirdi. Bir tərəf yoxsulluq əziyyətinə davam edərkən, digər tərəf kef məclislərində pullar səpirdi. Xanımlar və qızlar üçun bir kilo şəkər umulmaz bir hədiyyə olaraq, ailələrdə nəşələr doğururdu. Əmtəə və ərzaq olduqça boldu; lakin zabitə nırxına boyun əyməyərək, gizli anbarlarda saxlanılırdı.

Kerenski hökuməti mərkəziyyət idarəsi platformasında duraraq, milli və territorial hərəkata xor baxmada davam edirdi. Federasiya yolu ilə mətanətli gedən Ukrayna xalqına: "Məclisi-müəssisana qədər ümumi vətəndən ayrılmayın, ümumi ordunu pozmayın", - deyə tövsiyədə bulunmasına baxmayaraq, Ukrayna radası və general sekretariatı milli dövləti təşkilatında davam edirdi. Krım tatarları da kiçik miqyasda eyni hərəkəti təqib edirdilər, qurultay çağırıb, tatar əsgərlərini Krıma toplayırdılar.

Qafqazda işlər hələ qeyri-müəyyəndi, buradakı millətlər hələ bir-biri ilə ümumi dil tapmamış, qəti siyasi istiqamət görünmürdü. Gürcülər menşeviklərin, ermənilər daşnaqların başına toplanan kimi görünürdülər. Türklərin vəziyyəti olduqca tühafdı: yeni zühur etmiş "Müsavat"ın xalq arasında kökü dərin deyildi. Sol və sağ məsləkli ziyalılar rəyasət qovğası ilə məşğuldu. Ziyalı qismi az, hazırlıqsız və daha doğrusu, məsləksizdi. Nüfuzlu milyonerlər və bütün zənginlər çar tərəfdarı idi. Əməkçilər və xırda ziyalıların bir qismi "Hümmət"in ə'trafına toplanaraq, get-gedə qüvvət kəsb etmədə idi. İsçi hərəkatı genişlənir, tətillər sənaye məntəqələrini qaplamada idi. Kənd də sakit deyildi: üsyanlar, bəy evlərinin dağıdılması adi şəkil almişdı. Ruhani qismi də inqilabdan pay umaraq dini firqələr təşkilinə çalışırdı: Gəncədə "Firqeyi-Məhəmmədiyyə", Şuşada "İttihadiyyə", Bakıda "Zühuriyyuni-Mehdiyyun" fırqələri meydana çıxmışdı.

Çar zamanı Azərbaycandan əsgər alınmaması milli məfkurə daşıyanlar üçün çıxılmaz bir vəziyyət təşkil etmişdi. Hər bir millət öz əsgərlərini topladığı bir halda, Azərbaycan bu imkandan istifadə edə bilmirdi. İmperialist müharibəsi zamanı bəylərin təşəbbüsü ilə könüllülər toplanıb alman cəbhəsinə göndərilmişdi. "Vəhşi diviziya" adı ilə məruf olan bu könüllülər indi milliçilər üçün bir məfkurə olmuşdu. "Zərurət zamanı"nın istinadgahı deyə onlara boyük ümidlər bağlanırdı...

Rüstəmbəyin iki aylıq mütaliəsi siyasi cərəyanları, fırqə proqramlarını öyrənməsi ona qəti bir yol göstərmədi. Kimlə gedəcəyini, hansı firqəyə qoşulacağını belə kəsdirə bilmədi. Siyasi üfüq onun gözlərində olduqca qaranlıqdı. Əvvəlcə xəyalını məşğul edən Turan məfkurəsi indi sarsılmış, onun düzgün və əməli olmasından şübhə etməyə başlamışdı. Azərbaycan məsələsini aydın təsəvvür edə bilmirdi. Türkiyəyə ilhaq məsələsinə şiddətlə əleyhdardı: kapitulyasyonlarla bağlanıb yoxsulluq içində çırpınan, daim müharibələrə sürüklənən, mədəniyyətsiz, texnikasız Türkiyəyə doğru meyl etmək ona qorxunc görünürdü. Bütün tərəddüdlərinə baxmayaraq, Rüstəmbəy federasiya tərəfdarlığında mətindi. Lakin bu federasiyanı Rusiyada hansı firqənin iş başına keçməsi təmin edəcəyinə hələ ağlı irmirdi.

 

 

Bir gün Rüstəmbəy bir dükandan qəzet aldıqda Səlmanı da orada gördü. Səlman Rüstəmbəyi süzərək, kinayə ilə:

– A Rüstəmbəy, - dedi, - deyəsən, haqq yola gəlirsən.

– Necə?

– "Pravda" oxumağa başlamısan.

Rüstəmbəy gülümsüyərək:

– Mən "Pravda"nı çoxdan oxuyuram. Leninin bir məqaləsini belə buraxmıram.

Səlman heyrətlə:

– Bəs nə durmusan, niyə bizə qarışmırsan?

Rüstəmbəy bir az düşündü:

– Səlman, - dedi, - bilirsən, bir yolu ətraflı bilməsəm, o yolla gedə bilmərəm.

– Nə vaxta qədər öyrənəcəksən? - deyə Səlman onun sözlərini kəsdi.

– Toxta... bu gün meydana atılan firqələrin hamısının tədqiqi ilə məşğulam. Firqə xaricində işləməyimin mümkün olmadığını da bilirəm. Axırda yəqin ki, sipərlərdən birində silah arkadaşlığmı öhdəmə alacağam. İndi isə...

– Yox, aşna, bu olmadı. Bax bu intelligent tərəddüdünü sevmirəm. Bizcə ya "hə", ya "yox", ya dost, ya düşmən: ikisinin ortası yoxdur! - son sözlərini Səlman sərt və qaba şəkildə söylədi.

Rüstəmbəy susub qalmış, bir söz belə cəsarət edib deyə bilmirdi. Daha doğrusu, bir məsələdə Səlmanla daban-dabana zidd olduğunu duyaraq, lüzumsuz münaqişəyə meydan vermək istəmirdi. Səlman isə bunun kənarda laqeyd durmasının səbəbini araşdırmada davam edirdi:

– Siz intelligentlər "kim eşşək olsa, biz ona palan olarıq" - deyə xudbin bir surətdə yaxanızı kənara çəkirsiniz. Deyirsiniz - qoy mübarızə davam etsin, başqasının qanı tökülsün də, biz salamat qalaq; axırda baxarıq. Mən də deyirəm: "Yox, əfəndilərim, proletariat qanı ilə qazanılmış hürriyyətdə sizə yer yoxdur". Bunu qəti olaraq bilməlisiniz!

Rüstəmbəy Səlmanın qeyzlə söylədiyi sözləri dinləyib gülümsəyir, bir şey demirdi.

Yolu bir müddət dinməz getdilər, sonra Səlman əlini Rüstəmbəyə uzadaraq:

– Yolumuz ayrılır, xudahafiz.

Rüstəmbəy Səlmanın əlini əlində saxlayaraq onun ayrılmasına mane oldu:

– Bir az dur, - dedi.

İkısi də bir kəstanə ağacı kölgəsində qarşı-qarşıya durub, müntəzir bir hal aldılar. Rüstəmbəy əvvəl həyəcanlı, sonra istirahəti-qəlb sızan sözlə:

– Bilirsən, - dedi, - səninlə səmimi olaraq danışmasam, sonra vicdanım məni incidər... - Burada Rüstəmbəy söz bula bilməyən utancaq adamlar kimi, bir az dayandı, əllərini sıxışdırıb sözlərinə davam etdi. - Mühitiminmi, aldığım tərbiyəninmi sayəsində olaraq, dürüst bilirəm, məndə ölməz bir milli ruh var. Milliyyət hissi bütün vücuduma, bütün maddi və mənəvi varlığıma hakimdir...

– Təəssüf! Təəssüf! - deyə Səlman onun sözlərini kəsdi.

– İltifat buyur... Dünyada hər bir şeyə milli nöqteyi-nəzərdən baxıram. Dünyada məni düşündürən yeganə məsələ müsəlmanların velikorus hakimiyyətindən qurtarmasıdır. Bunu bizə təmin edən firqəyə "ləbbeyk" deməyə hazıram. Vəssalam.

Səlman ağır bir yük altından qurtaran kimi, asudə nəfəs alaraq gülümsədi:

– Sıyasi məramnamən elə bu? - deyə heyrət etdı. - Biz milli dava deyil, sinif davası edirik. Bunu, yəqin, bilirsən.

– Bilirəm.

– Yaxşı. Buna baxmayaraq Rusiyada yaşayan bütün millətlərə tam bir hürriyyət vəd edirik; qoşma cümhuriyyət və muxtariyyətin bir az da ötəki tərəfınə gedirik: Rusiyadan ayrılmaq istəyənlərə belə maneələr göstərmirik... Millətlərə daha bundan böyük və nə verilir?..

Səlman susdu və fıkrindən hasil olan təsirləri duymaq üçün gözlərini Rüstəmbəyin üzündən çəkmirdi. Rüstəmbəy isə buna cavab olaraq gülümsəyir və mənalı təbəssümündə şübhə, tərəddüd, inamsızlıq ifadələri əks etdirirdi.

Səlman bunu duyaraq:

– İşim var, gedirəm, - deyə Rüstəmbəydən ayrıldı və ondan sonra Kiyevdə bir daha görüşmədilər.

 

 

Cabbar tələbələr təşkilatından uzaqda dolanan bir adamdı. Az-az görünər, necə yaşadığı da kimsəyə bəlli olmaz. Bunun Kiyev həyatı aydın olmadığı kimi, keçmişi də olduqca qaranlıqdı. Qəza şəhərlərindən birində doğulmuş, yeddi-səkkiz yaşlarında atasını qaib edib Bakıya gəlmiş. Sonra orta məktəbi nərədə və necə bitirdiyi məlum deyildi. Hər halda keçirdiyi həyatın çox da dadlı olmadığı xislətindən görünürdü; əsəbi, acıdil, şərəfıni güdə bilməyən, tamahkar bir adamdı. Coşqun zamanı bir fənalıq yapar, sonra peşman olar, əzab çəkər, təkrar fənalıq törədər, vicdan əzabı çəkər i. a... Bütün həyatı beləcə mənəvi eniş-yoxuşdan ibarətdi. Onu kimsə sevməz, həqiqi bir dostu belə yoxdu. Kirayə etdiyi otaq sahibləri ilə dalaşar, xidmətçi qızları acı sözlərlə darıldardı.

Cabbarın acı macəraları arasında təsadüfi bir eşq də parlayıb sönmüşdü. Özü kimi alçaqboylu, çirkin üzlü, biçimsiz geyimli bir qıza rast gələrək tanış olmuş, evinə dəvət etmişdti. Əsəblərinin müvəqqəti müvazinəsindən istifadə edərək, bir yerdə keçirdikləri üç-dörd saat müddəti səmimi bir dillə bütün həyatını qıza anladıb, sonra; "Yeni və xoşbəxt bir həyat başlanğıcı namına əlimi sənə uzadıb eşqini diləyirəm", - deyə sözlərinə xitam vermişdi. Cabbarın təklifı qıza o qədər səmimi görünmüşdü ki, haman razı olmuş və bir neçə dəqiqə sonra göz yaşları ilə sirab olan yanağını onun qara dodağına təslim vermişdi. Lakin bu qara dodaqlar ehtirasla dolu eşq gecəsinin sabahından başlayaraq, qıza qarşı təhqiranə sözlər fırlatmaqdan çəkinməmişdi, Bir həftə sonra ayrılmışdılar.

Bu tez parlayıb tez də sönən eşq nəticəsi olaraq, Cabbarın bir oğlu var. Kənddə anasının yanındadır. Cabbar oğlunu görməmişsə də, fotosunu qoltuğunda saxlar, çocuğun dodaqları öz dodaqlarına bənzədiyi üçün sakin zamanları ona qarşı atalıq hissi duyar.

Cabbarın bir qardaşı da var. Cabbar onu çox sevər və dünyada, ondan gözəl və ağıllı bir adam təsəvvür etməz. Kirayə etdiyi otaq sahibi xanıma qardaşının fəzayilindən o qədər söyləmiş ki, xanım onunla görüşməyi yaxın bir məfkurə kimi düşünərdi. Bir gün Cabbar xidmətindən evə döndükdə, xanım onu sevinclə qarşılayıb:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 258; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.008 сек.