Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 8 страница




Vanya:

– Onlarda sinfı duygu oyadın! - deyə bağırdı.

Boris:

– İştə, oyatdıq, - dedi, - zadəganlar düşmənimizdir, deyə belə edirlər.

– Bu, firqənin xətti-hərəkətini anlamamaq deməkdir, - deyə Vanya əllərini havada oynadıb yanına saldı...

Gözətçi qadının yanında uzun-uzadı münaqişə oldu. Kimsə kimsəni qane edə bilmədi. Nəticədən də bir şey çıxmadı. Yalnız işçilər deyil, əməkdaşların da zaldan bir çox şey "çırpmaları" yolda bəlli oldu.

Bu dəfə Rüstəmbəy əməkdaşlarına qarşı sərzəniş oxları yağdırmağa başladı. Ortalıqda kəskin münaqişə vücuda gəldi. Rüstəmbəy rus düşmənçiliyi ilə belə ittihara olundu. Musya Rüstəmbəyin müdafiəsinə qoşdu.

– Siz hamınız qərəzlə danışırsınız, - dedi. - Heç kəs qəbahətini etiraf etmək istəmir. Biz mədəni deyilik, vəssalam. Qalitsiyada öz xristian və slav qardaşlarımız bizdən razı qaldılarmı? Qalmadılar. Polyaklar qədimdən bizə düşməndilər; rusinləri də düşmən etdik; çünki bizim vəhşət və yıxıcılığımıza kimsə dözə bilmir..

Əməkdaşlar arasındakı münaqişə və gərginlik yeni düşərgəyə qədər davam etdi.

Karvan dayandı, əməkdaşlar arabalardan tökülüb, qəsəbəyə getdilər. Əksəri yəhudi dükançılarından ibarət olan bazar kir və üfunətdə batmışdı. Əməkdaşlar hər şeydən əvvəl qəzet arayıb, böyük maraqla oxudular. Alman hücumunda davam edirmiş. Ordu pozulmuş və bir çox yerdə əsgərlərin zabitləri öldürməsi baş vermişdi. Bunun önünü almaq üçün yenicə baş komandan təyin olunan general Kornilov hürriyyət elanı ilə ləğv olunan ölüm cəzasmı təkrar ehya etmişdi...

Rüstəmbəy bu qərarı təsvib edərək, intizamın bərpa edilməsinə ümid etdi; lakin fikrini kimsəyə açmadı.

Əməkdaşlar qəsəbəni dolaşıb zəruri hesab olunan bəzi şeylər aldılar. Geri dönərkən kirli bir pəncərədən gələn gurultulu çocuq səsləri nəzərlərini cəlb etdi. Qapıdakı səliqəsiz lövhədən buranın yəhudi məktəbi olması meydana çıxdı. Rüstəmbəylə Musya içəri girdilər. Səsdən qulaq tutulurdu. Fəna qoxu ürək bulandırırdı. Xırda, tozlu otaq yan-yana sıxılmış çocuqlarla dolu idi, Birisi ortada durub, əlindəki çubuğu havada oynadır, uşaqlar da çubuğun qorxusundan əllərindəki kitablara baxaraq bağırışırlardı. Başı araqçınlı ravvin yuxarıda oturub, yazı ilə məşğuldu... Rüstəmbəy çocuqluqda oxuduğu mollaxananı xatırladı.

O biri əməkdaşlar küçədə oturub, Rüstəmbəylə Musyanı gözləyirdilər. Bunlar gələr-gəlməz yola davam etdilər. Rüstəmbəy Vanyaya müraciət edərək:

– Vanya. - dedi. - günəş batmadan karvanı yerləşdirməliyik. Buralar çox murdardır. Bir yaxşı yer axtarmalı.

Vanya:

– Atı yəhərlədib özüm getməliyəm. Yəqin yaxında köşk var, bunsuz deyil.

Karvanın durduğu yerə dönüb Vanya ilə Voronov atlanıb getdilər.

Yarım saat sonra karvan mütəvaze bir köşkün yanında yerləşdi. Köşk sahibləri rus idilər. Qonaqları məmnuniyyətlə qarşıladılar. Əməkdaşlar evin ikinci mərtəbəsindəki uzun balkonda yerləşdilər. Balkonun önünü sarmaşıq ortmüşdü. Ətraf bağlıqdı. Hər yerdə pintilik və tənbəllik izi gözə çarpırdı. Bağ və xiyabanları alaq basmışdı. Qurumuş ağaclar kəsilməmiş dururdu. Evdəki nökərlər cır-cındır içində idi. Sarısaqqal, alçaq boylu ev sahibinin üzünə sərxoşluq damğası basılmışdı...

Nataşa ilə Voronov yemək tədarükünə düşdülər. Qaynar suda qızdırılmış konserv qutuları açıldı. Əməkdaşlar yuyunub, yeməyə oturdular.

Axşam yeməyindən sonra Zina nazlanaraq:

– Ah, bir dondurma olsa da! - deyə Vanyanın üzünə baxdı. Vanya gülümsündü; lakin heç bir təşəbbüsdə bulunmadı. Zina darılan kimi:

– Eh, siz fəna kavalersiniz, - dedi və ağzını büzdü. Bu sözlərdən sonra Boris yerindən qalxıb, balkondan aşağı endi. Bunun getməsinə kimsə əhəmiyyət vermədi. Rüstəmbəy:

– Aydın gecədən istifadə etməmiz yaxşı olmazmı? - deyə meydana bir təklif fırlatdı. Sanki ruhlardan xəbər verdi. Əməkdaşlar qalxıb bağa endilər. Xiyaban basırıq və bürkü idi. Taxıl tarlasına çıxdılar. Uzaqdakı meşəlik təpəyə qədər uzanan tarla dərz tayaları ilə möhtəşəm bir şəkil almışdı. Havada ruh oxşayan bir sərinlik vardı. Ayaqların altında xışıldayan küləş bir ritm vücuda gətirərək, bədirlənmiş aya qarşı duakar hisslər duydurar kimi görünürdü. Təbiətdə əsrarəngiz bir cazibə vardı. Bu cazibə gənclərin qəlblərində əks edərək, hərəsini tənha bir guşəyə sövq edirdi. Rüstəmbəylə Musya sağ tərəfdə yüksələn bir təpənin ətəyinə sığınaraq, gözəl mənzərənin tamaşasına daldılar. Zina ilə Vanya yavaş addımlarla uzaqlaşırdılar; Kasparyanla Olesya qaib olmuşdu.

Rüstəmbəy təbiətdən nəşələnərək:

– Musya, - dedi, - bu yer xoşunuza gedirmi?

– Ah, çox gözəldir!

– Burada bir neçə gün istirahət edərik; ev sahibləri də qonaq sevəndirlər, qalmağımıza məmnundurlar.

– Yol bizi çox yordu. Doğru, mən hüdudumuzu keçənə qədər qorxurdum.

Rüstəmbəy gülümsəyərək Musyanın əlini əlinə aldı:

– Nədən? Mən sizinlə deyilmi idim?

– Orası düz, ancaq sizi hələ dürüst tanımırdım... Lakin sizə o qədər inanırdım ki, "öl" deyəydiniz, ölməyə hazırdım...

Musyanın səmimi sözləri Rüstəmbəyin hisslərinə toxundu. Musyanın ucları soyumuş barmaqlarını dodaqlarına götürüb öpdü və sonra yanağına söykəyərək, qızın aşağıya doğru baxan gözlərinə tamaşa etməkdən çəkinə bilmədi. Bir neçə sakit dəqiqə keçdi. Musyanın Rüstəmbəyin yanağına söykənmiş nəbzi yuvasını itirmiş, quş kimi çırpınırdı. Rüstəmbəy onun əlini təkrar öpərək yavaş səslə:

– Musya, - dedi, - indiyə qədər eşq nə olduğunu duydunuzmu?

Musya hüznlü baxışla Rüstəmbəyi süzərək:

– Son günlərə qədər belə bir hissi duymamışdım... Musyanın sözləri qırıldı, səsi titrədi. Nəbzi daha da çırpındı. Rüstəmbəy də vücudunda bir titrəyiş duydu. Bir də sol tərəfində oturan Musyanı özünə tərəf cəlb edib üzünü onun alovlu yanağma qovuşdurdu... Odlu damlalar üzünü islatdı. Rüstəmbəy məst bir halda çəkilib Musyanı süzdü və onun göz yaşlarından doğan səadətə qarşı atılaraq, dodaqları ilə dodaqlarını buldu. Sanki qətrə çoxdan həsrətində bulunan dənizə qovuşaraq, sakit oldu. Bütün maddi varlıq nisyan qarşısında əriyib yox oldu. Bədirlənmiş ay belə iczindən susmuşdu...

Borisin qısqanc erkək fəğanları ilə dolu səsi Rüstəmbəyi ayıltdı:

– Musya, - dedi. - görürsən, Boris Zinanı arayır.

Musya:

– Tühafdır, bu Zina ərini sevmirmi?

Rüstəmbəy istehza ilə:

– Sevir, Vanyanı ondan daha çox sevir, - deyə güldü.

– Bunu anlaya bilmirəm: iki adam sevilərmi?

– İştə, görürsən, sevilir.

– Bu, əxlaqsızlıqdan başqa bir şey deyil!..

Borisin şərqisi fəğanlar yaymaqda davam edirdi. Buna cavab olaraq:

– Boris! Boris! Ey!.. Buraya gəl! - deyə Zinanın səsi eşidildi.

Bir az sonra Kasparyan da uzaqdan səsləndi. Rüstəmbəy cavab verdi.

– Vaxtdır! - deyə təkrar Kasparyanın səsi eşidildi. Rüstəmbəy ayağa qalxıb, Musyanı da qaldırdı. Yavaş-yavaş Zinanın səsi gələn dərəyə doğru yürüdülər. Oraya çatdıqda tühaf bir mənzərəyə rast gəldilər. Borislə Vanya ağlayırdılar. Boris deyirdi:

– Vanya, sən mənim dostum və yoldaşımsan; səni bilirsən, sevirəm...

Vanya da göz yaşlarını silərək:

– Mən də səni sevirəm... Zinaya qarşı da eyni hiss bəsləyirəm...

Rüstəmbəy bunların xüsusi işlərinə qarışmaq istəməyərək, geri döndü və rast gəldikləri Kasparyanla Olesyanı da geri çevirdi.

Hər kəs keçirdiyi axşamın təsirinə düşərək sükut içində idi.

Evə gəldikdə masanın üzərində bir qab dondurma gördülər - Borisin at üstündə qəsəbədən gətirdiyi bəlli oldu.

Ev sahibi balkonda oturan əməkdaşlara yanaşıb salam verdi. Yer göstərdilər, oturdu. Ev sahibi gündəlik siyasi məsələlərlə çox maraqlanırdı və paytaxt qəzetlərini yenicə gözdən keçirib gəlmişdi.

Rüstəmbəy:

– Yeni nə xəbəriniz var? - deyə sorduqda ev sahibi gülümsündü.

– Hələlik yaxşı xəbər yoxdur, - dedi.

Vanya heyrətlə:

– Nə üçün? - deyə sordu.

Ev sahibi söyləyəcəklərinin haqlı olduğunu duydurar bir tərzlə:

– Cəbhədə müvəffəqiyyətsizlik, daxildə anarxiya. Daha, yaxşı nərədə qaldı? Asayiş o qədər pozulmuşdur, evdə oturmağa belə qorxuruq mujik qoyulan qanunu tapdalayıb keçir...

Vanya bir az sərt:

– Mujik acdır, mujik torpaqsızdır, mujik qazanır, ağalar yeyir - bu düzdürmü?.. Mujik onu əzən qanunu tapdalamağa haqlıdır; işçi onu boğan qanunu ləğv etməyə haqlıdır. İnqilabın tələbi budur!

Ev sahibi qarşısındakının hansı məsləkə mənsub olduğunu duyaraq, bir az cəsarətsiz:

– Oğlum, siz gəncsiniz, mən də gəncliyimdə belə əqidədə idim... Ancaq... bu fikirlər dildə və yazıda xoşdur, işə gəldikdə yaxşı bir nəticəyə varmır...

Vanya etiraz etdi:

– Qərb dövlətləri inqilab yapmadımı? - dedi.

– Yapdı; lakin bizim kimi baltanı dibindən vurmağa qalxışmadı!

– Bağışlayın, balta hələ dibindən vurulmamışdır. İndı hələ müdaraçalıq dövrüdür: sosialistlər kadetlərlə, onlar fabrikçilərlə uzlaşıb baş tovlayırlar. Əsil inqilab proletariatın iş başına gəlməsində olacaq.

Ev sahibi məyus bir halda susdu. Bir az başını bulayıb gülümsədi:

– Hər bir fikri həyata keçirmədən əvvəl məmləkətin vəziyyəti və xalqın əhvali-ruhiyyəsi də nəzərə alınmalıdır, zənn edirəm. Vəhşi xalq hürriyyətin qədrin bilərmi? Mujik tənbəldir, əxlaqsızdır, yıxıcıdır. O, başına buraxılsa, aləmi qana döndərər. Rusun bütün dövlət adamları və mütəfəkkirləri bu fikrə şərikdirlər.. Siz Rusiyanın müqəddərətını bunlara tapşırmaq istəyirsiniz...

Vanya hiddətləndi:

– Bu sözləri çox eşitdik. Bu yalnız sizə və mənsub olduğunuz sinfə fayda verən bir fikirdir. Siz, təbii, mülkünüzü və imtiyazlarınızı yenə əlinizdə saxlamaq istəyirsiniz. Siz zəhmətsiz yemək istəyirsiniz; lakin bu artıq keçməz.

Vanya sözlərini bitirib, müzəftər bir surətdə gülməyə başladı.

Rüstəmbəy ehmal bir səslə söhbətə girişdi:

– İstibdad dövrü bitmiş hesab olunmalıdır, - dedi. - Geriyə dönmək yoxdur. Çar idarəsinin uyğunsuzluqları heç bir fikir və mülahizə ilə doğruldula bilməz. Zəhmət şüarı hər şeydən yüksəkdir. Mülkədarların müftəxorluğuna nəhayət verməlidir. Rus əməkçi xalqının əzilməsi göz önündədir. Rus əzildikdə bizim kimi qeyri xalqlar iki dəfə əzilir. Siz boğulduğunuzdan şikayətlənirsiniz, biz məhv olduğumuzdan... Belə bir hal davam edə bilməz!..

Başqaları da söhbətə girişərək, münaqişə alovlandı. Kasparyan erməni və Olesya Ukrayna məsələlərini irəli sürərək, köhnə idarəyə qarşı küfrlər yağdırdılar. Ev sahibi Ukrayna məsələsinin süni olaraq meydana çıxmasını iddia etdi. Erməni və türk məsələlərinə vaqif deyilmiş, ancaq bu xalqların tam hüquqa malik olmalarını eşitmiş imiş. Yəhudi məsələsi mövzui-bəhs oldu:

– Yəhudilər istismarçı bir millətdirlər, - dedi. - Bunları hər ölkədən qovmuşlar. Bunlara hüquq verilsə, bütün Rusiyanı istismar edərlər.

– Yəhudilər bir millət olaraq hüquqdan məhrum edilə bilməzlər, - deyə fikirlər yürüdüldü... Bir saatdan artıq davam edən münaqişə kimsəni məsləkindən daşındırmadı. Nəticədə ev sahibinin irticapərvər olduğunu hər kəs təsdiq etdi.

Proskurov şəhərinə qədər bir düşərgə qalmışdı. Onu da mədəni bir polyak ciftliyində keçirdilər. Ər, arvad və qızlarından ibarət bu ailə təhsillərini xarici ölkələrdə görmüş, bir neçə dillərə vaqif adamlardı. Olduqca nəzakətli və qonaqpərvər idilər. Malik olduqları geniş torpaqdakı kəndlilər itaətsizlik göstərməyə başlamışdılar. İzinsiz olaraq meşəni kəsib, mülkədarın taxılını biçmişdilər. Bu vəziyyətdən təşvişə düşən mülkədar təsadüfən evinə gələn qonaqları buraxmaq istəmirdi. Zemstvo əməkdaşlarının gəlməsi bunları olduqca sevindirdi. Qonaqlara ayrıca otaqlar təxsis olundu, təmiz yataqlar verildi və orada qaldıqları üç günün müddətində gözəl yeməklərlə ikram olundular.

Hələ bölükləri yerləşdirməmişdilər; fraklı qoca lakey onları nahara dəvət etdi. Yuyunub getdilər. Ev sahibi gül-çiçəkli geniş terrasda bunları qarşılayıb, yemək otağına götürdü. İyirmi dörd adamlıq yemək masasının ətrafinda ev sahiblərindən başqa üç də zabit vardı. Ev sahibi müsafirləri dolğun qadınına, sarışın sadə geyinmiş qızına və zabitlərə təqdim etdi. Oturdular. Otağın kübar üslublu mebeli vardı. Divarlardan iyirmiyə qədər əcdada mənsub rəsmlər asılmışdı; boyük Yekaterina dövrünə aid qiyafələr də görünürdü. Masanın zəngin servizləri, bir-bırini mütəaqib verilən əlvan yeməklər əməkdaşları heyrətə gətirirdi; çox xörəkləri həyatlarında ilk dəfə görür və yemək qaydasını belə bilmirdilər. On beş-iyirmi növ içki vardı.

Əməkdaşlar içəri girdikdə Rusiya almanlarına dair bəhsə təsadüf etdilər. Gənc bir zabit deyirdi:

– Rusiyada yaşayan almanlar vətən yolunda lazımi sədaqət göstərdilər, zənnindəyəm. Mən alman olaraq, üç ildir cəbhələrdə vuruşuram, iki dəfə də yaralanmışam; çünki Rusiyanı özümə həqiqi vətən bilirəm. Mənim bir yoldaşım vardi- Bu, orduya cəlb olunar-olunmaz özünü öldürdü; buraxdığı məktubda: Rusiyaya xəyanət, yoxsa alman millətinə qarşı düşmənçilik? - bu iki yolun heç birisi ilə gedə bilmədim - deyə yazmışdı... İkiüzlülük alçaqlıqdır.

O biri zabit sönük səslə:

– Saray işi xarabladı. Çariça həm öz xanədanını, həm də Rusiyanı batırdı.

Üçüncü zabit qeyzlə:

– Çariçanın, - dedi, - qəbahəti yoxdur; biz alman kimi, yüksək texnikalı bir millətlə müharibə etməyə hazır deyildik. Bunu sabiq hərbiyyə naziri Kuropatkin də söyləmişdi. Buna baxmayaraq, ingilis hiyləsinə aldandıq. Çariça müttəfıqlərdən ayrılaraq, sülh yapmağı irəli sürürdü. Başqa çarə də yoxdu. Elə olsaydı, həm xanədanı, həm də ölkəni bu günkü biabırçılıqdan qurtarardıq. Satqın nazirlər, axmaq deputatlar işi xarabladı. Nəticədə böyük Rusiya şərəfsiz bir hala gəldi. Bu işlərin sonunu belə düşünməyə ağlım irmir...

Zemstvo əməkdaşları ilə hərbilərin arasında olan uçurum sayəsində söhbət zabitlərdən başqasını qaplamadı. Yeməklərin ləzzəti söhbətə qələbə çaldı.

Uzun müddət davam edən nahardan sonra qəhvə ilə likör verildi. Ev sahibi bufetdən bir qutu Havay sığarası çıxarıb, qonaqlara təklif etdi.

Nahardan sonra çiçəkliyə, oradan da meyvə bağına keçildi. Buralarda da zabitlərlə əməkdaşlar bir-birinə qarışmırdı: ev sahibi əməkdaşları, qızı da zabitləri təşyi edirdi.

Zabitlərdən biri köşkün təsərrüfat cəhəti ilə maraqlandı. Ev sahibi bunları götürüb, təsərrüfat maşınlarını, heyvanların son sistem axurlarını, pendir və pivə zavodlarını göstərdi. Oranjereyanın mükəmməliyyatı, döl heyvanlarının saxlanılması - bütün təsərrüfatdakı nizam bər kəsin heyrətinə səbəb oldu. Ev sahibinin təsərrüfata böyük marağı varmış - Qərbdən və Amerikadan iyirmiyə qədər məcmuə gətirib, kənd təsərrufatındakı bütün yenilikləri təqib edirmiş.

Zadəganların dəbdəbəli saraylarını görən Rüstəmbəy mujik damlarını da dolaşmağı qərara aldı. Vanyaya təklif etdi, o, əllərini havada fırlayaraq:

– Orada yoxsulluqdan başqa nə var ki, bilirəm, kəndlərdə böyümədimmi? - deyə cavab verdi.

Sabah çaydan sonra Rüstəmbəy Musya ilə bərabər köşkü tərk etdi. Ev sahibi xanım ağacın altında oturmuşdu. Gəlib keçən bəzi kəndli qadınlar onun əlini öpürdülər.

Kənd köşklərdən bir az aralı idi. Tozlu yolla getdilər. Hasarların arasında toz qopdu: iki-iki bir-birinin önünə qoşulmus altı gözəl at və arxada şıq bir brek göründü; köşk sahibi qızı ilə bərabər sabah gəzməyindən dönürdü. Şapka qalxdı keçdilər. Kəndin geniş bir küçəsi vardı. Bütün daxmalar bu küçə uzunu yapılmışdı. Daxmaların küçəyə qarşı kiçik bağçaları vardı. Cağların başına küpələr çevrilmişdi. Hər yeri günəbaxan və gülxətmi bürümüşdü. Ağarılmış bir komaya girdilər, iki otaqdan ibarətdi. Birində kərpic divar sobası vardı. İri yastıqlı bir taxt qoyulmuşdu. Otağın küncü ikonalarla dolu idi. Burası qonaq otağı, ya rəsmi otaqmış; o birisi olduqca kirli, tör-töküntü idi. Ev sahibləri arvad və uşaqlar hərə bir işlə məşğuldu. Burnunun önünə milçəklər yığılmış bır qız çocuğu çörək gəvələyirdi. Müşəmbəsi neçə yerdən cırılmış masanın üzərinə kartof və soğan tökülmüşdü. Kirli döşlüklü arvad nahar hazırlayırdı.

Qonaqları görcək arvad müti bir surətdə əllərini döşünə daraqlayıb təzim etdi.

Rüstəmbəy məqsədini gizləyərək:

– Buradan bir bölük əsgər keçəcək, onlara mənzil axtarırıq, - dedi.

Qadın tabe bir halda:

– Bircə otağımız var, bəyənsəniz, tutun.

Rüstəmbəy:

– Bir az dincəlmək olarmı? - deyə müsaidə istədi.

– Buyurun!

Rüstəmbəy və Musya oturdular. Rütubət iyi damaqlarına çökdü.

– Əriniz hanı?

– Dəyirmana buğda aparmış.

– Buğdanız çoxdurmu?

– Allaha şükür, qışımızı görər. Ancaq... yalnız çörəklə iş bitmir. Bir inəyimiz vardı, gəbərdi; təzəsini almağa pulumuz yoxdur.

– Kartofunuz boldurmu?

– Allaha şükür, görər.

Rüstəmbəy dərin bir maraqla:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 282; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.071 сек.