КАТЕГОРИИ: Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748) |
Раннее и Древнее царство в Египте. 14 страница
Nə deyim, milli komitəndən məyus olacaqsan. Bundan şübhə etmirəm, ancaq bir az tez məyus olman daha əlverişlidir. Bu qədər! Səni öpürəm. Xəlil". Sabah ertə Rüstəmbəy radaya doğru gedərkən küçədə Cabbara rast gəldi: yanında bir qız, əlində dəmir qutu, ötüb keçənləri dayandırıb pul toplayırdılar. Qollarındakı qırmızı sarğının üstündə hərbi şuranın möhürü vardı. Cabbar yanındakı qıza xoş gəlmək istər bir tərzdə gülümsünərək: – Balam, - dedi, - əlini cibinə sal görək! Rüstəmbəy heyrətlə: – Cabbar, bu nə işdir? – Nə olacaq, sən hərbi şuranı tərk edib, milli komitə təşkil edirsən. Elə bilirsən, biz sənsiz işləyə bilməyəcəyik. Rüstəmbəy soyuq gülüşlə: – Mən bir şey demirəm, ancaq hərbi şurada artıq qüvvə qalmamışdır. – Bax, burada səhvin var... – Bəlkə... Pulu kimin faydasına toplayırsıniz? Cabbar hırıldayaraq qızın üzünə baxdı, sonra ciddi bir sifət düzəldib dedi: – Bizim cəbhədəki qəhrəmanların faydasına. Rüstəmbəy qutuya pul saldı. Cabbar məmnun bir halda: – Bu axşam ziyafət verəcəyik, opera teatrının qarşısındakı restorana toplanacağıq. Sizə də dəvətnamə göndərilmişdir. Zənn edirik, məclisimizi şərəfyab edərsiniz. Sözlərini bitirməmiş, Cabbar qəhqəhə ilə gülməyə başladı. Radaya çatana qədər Rüstəmbəy bir neçə pul toplayan tatar gənclərinə də rast gəldi. Pul alıb, döşlərə dəyirmi kağızlar sancırdılar. Rada binasında "Xalqlar şurasına" təxsis olunmuş otaqda bir neçə üzv vardı. Hamısı tələbə idi. Qulamrza da burada oturmuşdu. Rüstəmbəyi görcək, təzim edərək yer göstərdilər. Şura katibi mülayim bir səslə: – Rüstəmbəy, - dedi, - sizi təbrik edirəm. "Svobodnı soyuz" məcmuəsinin ilk nömrəsi hazırdır. Gənc katib Rüstəmbəyə bir nüsxə təqdim etdi. Rüstəmbəyin üzü parladı: – Ah, nə səadət! - dedi. - İndi bir dəqiqə belə qaib etmədən milli mərkəzlərə göndərməlidir. Katib itaətkar bir sima ilə: – Sizə nə qədər lazımdır? - deyə sordu. Rüstəmbəy düşünərək: – Qulamrza, nə qədər götürək? - dedi. Qulamrza fıkirli gözləri ilə Rüstəmbəyi süzüb: – Bakıya üç yüz, - dedi. - Kazana, Orenburqa, Ufaya... Rüstəm bəy: – Daşkəndə, Ağməscidə, Gəncəyə... - deyə Qulamrzanın sözləri ni kəsdi. Min nüsxə ayırıb göndərilməsi qərara alındı. Gürcü tələbələri öz paylarını ayırarkən Rüstəmbəy Qulamrzanı kənara çəkib dedi: – Pul toplanır, gördünmü? – Hə, Cabbarın kələyidir... Bizə də dəvətnamə göndəriblər. Bu axşam küçələri dolaşanlar kef edirlər. Rüstəmbəy gulümsündü, nə isə düşünüb: – Yaxşı, gedək, getməsək pis olar, - deyə katibə yanaşdı. Məcmuənin ikinci nömrəsi üçün material toplanması müzakirə ediləcəkdi. Axşam bütün yerli tatar ailəsinə mənsub gənclər restorana toplanmışdı. Rüstəmbəyin tanımadığı bir neçə zabit də vardı. Süfrə hazırdı; lakin nədənsə yeməyə oturulmurdu. Azərilər otağın bir guşəsində ayaq üstə duraraq deyib gülmədə idilər. Səftər qaşlarını qaldıraraq: – Bilirsiniz, - deyirdi, -tatarlar çox xamdırlar, Cabbarı bir kişi hesab edirlər. Həsənoğlu istehza ilə: – Bax, o gəlməmiş deyə, heç kəs cəsarət edib masaya yanaşmır. Müslüm bığlarının uclarını yuxarı qaldıraraq: – Sən zarafat elə. Kişi ianə heyəti sədridir, - deyə güldü. Bu əsnada tatar qızlarından biri bunlara yanaşıb: – Bəs Cabbar əfəndi necə oldu? - deyə nigaran bir halda soruşdu. Kimsə cavab vermədi. Rüstəmbəy Səftərə yönələrək: – Səftər, - dedi, - sən onun evini tanıyırsan, zəhmət olmasa, ayaq qoy, gör necə oldu. Səftər yenə qaşlarını qaldırıb: – Mən deyirəm, kişinin hörməti var, inanmırsınız, - deyə pıcıldayıb yola düşdü. Vaxtı boş keçirməmək üçün əsgər qiyafəli birisi qarmon çaldı, masanın ətrafında rəqs başlandı. Azərilər rəqsdə iştirak etmirdilər və hamısı Sayad bacının ətrafına toplanıb, ona gülməli şeylər anladırdılar. Çox çəkmədi Səftər geri döndü və Cabbarın evdə olmadığını rəsmən elan etdi. Sonra paltosunu çıxarıb, azərilərə yanaşdı və yavaş səslə: – Uşaqlar, - dedi, - siz öləsiniz, içəri girib qapını bağlayıb, işığı yanır. Qapını döydüm, açmadı. Yəqin qutulardan pul çıxarır... Ətrafdan: – Qutuları onun otağına yığıblar? - deyə səslər gəldi. Hər kəsin heyrətdən bəbəkləri böyüməyə başladı. Səftər içindən gülə-gülə: – Deyəsən, - deyə əlini uzatdı. Onun əlinə vuraraq hərə Cabbarın şərəfınə bir söz fırlatdı. – Malades! – Lotudur! – Külbaşlar qutuya yer tapmadılar?.. İmran istehzalı gülüşlə: – Canım, - dedi, - kişinin babalını yumayın, "millət yolunda" yorulub yatıb. – Masaya buyurun! - deyə qopan səs gizli pıqqıltılara xitam verdi. Hər səhər ondan etibarən milli komitənin qəbul saatları başlayırdı. Qulamrzanın otağının yarısına pərdə çəkilib, idarə şəklinə salınmışdı. O gün bütün komitə üzvləri oraya toplanıb, müsəlman korpusunun nümayəndəsini gözləyirdilər. Tam təyin olunan saatda içəri uzunboylu, qayət nəzakətli və xoşsima bir zabit girdi. Yüzbaşı rütbəsində olan bu gəncin döşündə darülfunun nişanı vardı. Xoş bir əda ilə dabanlarını bir-birinə vuraraq təzim etdi və komitə üzvlərinin əllərini bir-bir sıxıb oturdu. – Milli komitəni, - dedi, - ziyarət etmək mənim üçün böyük bir şərəfdir... General da sizi məmnuniyyətlə ziyarət edəcək. Müsəlmanlıq yolunda göstərdiyiniz fəaliyyəti eşidərək, general çox şad oldu. Zatən onun gördüyü iş də sizin daşıdığınız yüksək əmələ xidmət etməkdir. Rüstəmbəy cavab olaraq: – Yüzbaşı əfəndi, - dedi, - milli komitə üzvləri də ziyarətinizdən son dərəcə məmnundur. Müsəlman korpusunun federativ və demokratik cümhuriyyətə xidmət edəcəyinə inanmaq istərik. Görüşün rəsmi cəhəti bitdikdən sonra, zabit islamiyyətə qarşı böyük məhəbbət bəslədiyini söyləyərək: – Xristianlıq, - dedi, - mənəviyyatımı doyurmadı, islamiyyəti tədqiq edib qəbul etdim. Bu gün Fuadbəy adını iftixarla daşıyıram. Zabitin müsəlmanlığa keçməsi xəbəri bəzi üzvlərə böyük təsir yapdı. Müslüm bığlarını tumarlayaraq, Fuadbəyi zövqlə süzdü. Zeynalın yeknəsəq siması parladı. Yüzbaşı sözlərini bitirib: – Müsaidə ediniz, - dedi, - generalı gətirməyə gedim. Vaxtınızı çox almayacağıq. İnşallah, (zabit bu sözün ərəbcəsini əzbərləmişdi) çox görüşəcəyik. "Fuad" adı daşıyan bu zabit Baltik vilayəti almanlarındandı. Müharibənin ilk sənələrində Peterburqda xidmət edərmiş, "Astoriya" otelində yaşar və məşhur Klenmixel salonunun daimi ziyarətçilərindən imiş. Fuadbəy alman casus təşkilatları ilə əlaqədar olaraq, paytaxtın bütün siyasi məhafıllərinə girər-çıxar və lazımi məlumatlar əldə edərmiş. Rasputinlə xüsusi bir dostluğu varmış və onu əyan qadınları məclislərinə təşyi edərmiş. İnqilab olar-olmaz islamiyyəti qəbul edib, Peterburqdakı müsəlman komitəsi üzvlüyünə girir. Cəbhə pozulduqdan sonra mənsub olduğu casus təşkilatının təlimatına görə, müsəlman korpusuna göndərilir və Mametoviçin qılığına girib, yavəri olur. Mametoviç ortaboylu, şişman qarınlı, çivi saqqallı adi bir general dı. İlk görüşdə məhdud bir adam olduğu gözə çarpırdı. Fuadbəy hər kəsin rəğbətini qazandığı bir halda, general heç bir müsbət təsir bağışlamırdı. Milli hərəkatdan xəbərsiz olduğu üçün bütün ehtiyatlılığına baxmayaraq, çarlıq məfkurəsi daşıdığı bəlli olurdu. Aydın bir proqram yoxdu; gizli bir nöqtədən təlimat aldığı duyulurdu. – Rüstəmbəy, - dedi, - korpus get-gedə qüvvətlənir, cənub-qərb cəbhəsindəki bütün müsəlman hissələrini korpusa doldurmaq fıkrindəyik; lakin əsgər dindar da olsa, bolşevik təsirinə düşür. Leninin hakimiyyəti əldə etməsi işləri xarablaşdırdı. Rusiya və bütün Şərq əməkçi müsəlmanlarına xitab olaraq göndərdiyi çağırış dərin təsirlər yapır. Müsəlmanlar avam olduqları üçün bolşevikliyə daha tez qapılırlar. Bu rəzalətin önünü almaq üçün müsəlman milli təşkilatlarının mənəvi yardımına möhtacıq... Generalın nitqi uzun sürdü, get-gedə qızışdı, nəhayət, şiddətli yəhudi əleyhdarı olduğunu büruzə verdi: – Bir ovuc cuhud Rusiyanı alt-üst etdiyi halda, qırx milyonluq müsəlmanı biz təşkil edə bilmərikmi? - deyə nitqini qurtardı. Rüstəmbəy bu irticapərvər generalı sinirlənərək dinləyib: – Cənab general! - dedi. - Sözlərinizi diqqətlə dinlədim, ancaq, bağışlayın, məqsədi anlamadım. General pərt oldu: "Cənab general" sözlərinə alışmamışdı, korpusda ona köhnə üsulla "zati-dövlətləri" - deyə müraciət edirdilər. Buna əlavə olaraq, məqsəd məsələsi də onu olduqca sarsıtdı. General saqqalını tumarladı, gözlüyünü düzəltdi və cavab olaraq bir söz tapa bilmədi. Qatlanmış dəsmalını açıb burnunu silərək: – Rüstəmbəy, - dedi, - anarxiyanın, pozğunluğun önünü almaq maqsəd deyilmi? Şimaldan qaçıb gələnlərə rast gəlmirsinizmi? Camaat acından qırılır, güllələnənlərin sayı-hesabı yoxdur... Rüstəmbəy gülümsündü: – Nə olar? Birdən düzəlməz ki!.. Mametoviç artıq əsəbilənməsini gizləyə bilmirdi. Yavəri bunu duyaraq, mövzunu dəyişməyə çalışdı: – Qafqazdan nə xəbər var? - deyə soruşdu və Rüstəmbəyin gec cavab verməsini duyub, sözlərinə davam etdi: - Bağdad cəbhəsindən gəlmiş bir nəfərə rast gəldim. Geri çəkilən rus ordusu yerli müsəlmanlara çox əziyyət verir: soldatlar keçdikləri yerləri yakıb, yıxıb, xaraba qoyurlar. Müslüm hiddətlə: – Şərqlilərə zülm etmək çar soldatlarının köhnə peşəsidir. Söhbət tamamilə dəyişdi, həyəcanlar susub, məclis zahirən mehriban bir şəkil aldı. İmranın gətirdiyi xəbər Rüstəmbəyə qəribə göründü - o, Cabbarın həbsini təsəvvür etməzdi. – Yaxşı, Cabbar pulu haradan almışdı? Beş tüfəng azından üç min manat edər. – Bu köpək oğlunun o gecə qutuları yarıb, banka bir çamadan yarım manatlıq bon gətirib, minliklərə dəyişdiyini görmüşlər. Bu pulları tüfəngə verib, çarpayının döşəyində gizləmiş imiş. Sonra gəlib tutublar. Rüstəmbəy yenə: – Özünü haraya aparmışlar? – Heç yerə. Otağında həbs ediblər. Tüfəngləri Qafqaza milli məqsədlə göndərdiyini söyləmiş də, aparmamışlar. İndi səni istəyir; buraxdırmalısan. İmran Rüstəmbəyi otağından çıxarıb, faytona oturtdu. Bir neçə dəqiqədən sonra Cabbarın mənzilində idilər. İlk nəzərə çarpan tüfəngli bir Ukrayna soldatı oldu; otağın baş tərəfində qarovul çəkirdi. Kanapedə iki zabit əyləşmişdi. Cabbar həyəcanlı bir halda ayaq üstə durub, ağzından məntiqsiz və lüzumsuz sözlər tökürdü. Döşündəki darülfünun nişanını göstərərək: – Bu nişana and olsun, - deyirdi, - mən ömrümdə namussuz iş görməmişəm. Ac dolanıram, qəpik-quruş toplayıb, tüfəng alıb vətənimə göndərirəm... Bir qardaşım da var - bilsəniz nə oğlandır! Ah, onu necə sevirəm!.. Cabbarın gözləri yaşardı, kirli bir dəsmal çıxarıb gözlərini sildi. Bunu zabitlərə baxaraq nümayişkar bir şəkildə yapdı. Rüstəmbəy salam verib, zabitlərlə görüşdü. Yan-yana oturdular. Cabbarın səfsətələrinə xitam vermək üçün amiranə bir səslə: – Bəsdir, görək, - deyib, zabitlərə özünü nişan verdi və xalqlar şurası üzvü olduğuna dair vəsiqə göstərmək istədikdə zabitlər bir səslə: – Lüzumu yoxdur, biz sizə radada çox rast gəlirik, - dedilər. - Ancaq vətəndaşınızın həbsindən dolayı üzr istəyirik. Bilirsiniz, bu günlər monarxistlər üçün tüfəng gətirildiyini eşitmişik. Stansiyada əlli bağlı silah tutuldu. Şəhərdə də bir çox tüfəng əldə edilmişdir... İştə vətəndaşınızın da həbsi xırda bir şübhədən baş vermişdir. Rüstəmbəy: – Bu tüfənglərin Qafqaza göndərilməsi üçün alındığına əmin ola bilərsiniz. Zabitlərdən biri: – Kafi, məsələ aydm oldu. Ancaq bu tüfəngləri burada qoya bilməyəcəyik; bilirsiniz, polis hələ bizim əlimizdə deyil, gəlib təkrar tutarlar. Sonra lazım olsa, biz sizə tüfəng verərik. Zabit nəfərə tüfənglərin toplanmasını əmr etdi. Cabbar yenə bir şeylər söyləmək istədi, lakin Rüstəmbəyin işarəsini duyaraq ağzını açmağa cəsarət etmədi. Zabitlər qalxdılar, nəzakətlə əl verib otağı tərk etdilər. Nəfər də tüfəngləri çiyninə alıb yola düşdü. Cabbar əsəbi bir halda otağı dolaşıb: – Qardaş, sağ ol!.. Vallah, sağ ol! - deyə Rüstəmbəydən razılıq edirdi. Uzündə şadlıq deyil, pərakəndə hisslər izi dolaşırdı. Yanaqlarının quru və rəngsiz dərisi sürətlə səyriyirdi. Zabitlərin tüfəng vəd etməsi bir gün sonra Quluya bəlli olmuşdu. Qulu Rustəmbəyi tərəssüd altına alaraq atdığı hər addımı öyrənməyə çalışır, Cabbarın özünü əldə vasitə edərək Rüstəmbəyin izincə qoşdururdu. Bir gün Rüstəmbəy İmranın mağazasında idi. Qulu hiddətli bir sima ilə içəri girib, Rüstəmbəyə yanaşdı: – Mənim on tüfəngim gərək özümə çatsın, - deyə şəhadət barmağını Rüstəmbəyin döşünə dirədi. Rüstəmbəy Qulunun qaba hərəkətindən incinərək, geri çəkildi. – Nə tüfəng? - deyə onu sərt baxışla süzdü. Qulunun hirsindən dodaqları titrəyirdi: – Mənim on tüfəngim tutulub, əvəzinə tüfəng almısınız. Bunu nə haqla edirsiniz? Rüstəmbəy kəskin bir halda: – Dəli olmusan... Yuxu görürsən, - deyə elə bir vəziyyət aldı ki, Qulu susub çəkildi. İmran Quluya qarşı itaətkar olduğuna baxmayaraq: – Həkim, - dedi, - yaxşı deyil. Eyibdir. Rüstəmbəy təkrar hiddətləndi: – Eyib anlayır ki?! Deyir, klinikada oturub aləmi qırxaram... Utanmaz! İmran qovğa ehtimalından çəkinərək, Rüstəmbəyin qoluna girdi və gülər üzlə çəkib arxadakı otağa apardı. Orada Quludan qorxar kimi, yavaş səslə: – Paho! Belə də tamahkar adam olar! - deyə için-için güldü. Rüstəmbəy yenə danışmaq istədi, İmran əlini onun ağzına tərəf uzadaraq: – Mən ölüm, dinmə! - deyə ricada bulundu. Rüstəmbəy sakit oldu, İmran: – Başına dönüm, bir az otur, bu saat gəlirəm, - deyib çıxdı. Bir neçə dəqiqədən sonra təkrar döndü. Bu dəfə daha cəsarətli görünürdü. Qulu getmişdi. – Bu sən öləsən, Rüstəmbəy, bu zalım oğlunun əlindən zara gəlmişəm. Bircə bu mağazaya şərik olması qalıb. Mən on ildir Kiyevdəyəm, ticarətdə hər cür adamlarla düşmuşəm. Tövbə, əgər belə adama rast gəlmişəmsə, hər nəyə əlimi atıram, deyir, gəl qazancını bölək... Kişi nə təhər olsa doktordur, sözünü yerə sala bilmirəm... O biri tərəfdən də çalınıb-çapılıram. Xülasə, bilmirəm başımı haraya götürüb qaçım. İmran gülərək Rüstəmbəyin üzünə sual nəzəri ilə baxdı. Rüstəmbəy sakit səslə: – Qurddur! Qurd!.. – Uzun işdir!.. Mağazaya müştəri gəlməsi söhbəti kəsdi; İmran otağı tərk etdi. Rüstəmbəy də küçəyə çıxdı. Ətraf adi üzrə adamla dolu idi. Qaldırımların üzərində topa-topa duran alverçilər həp alış-verişlə məşğuldular. Brilyant və qızıl əldən ələ gecən ən mod əmtəə idi. Uzaqgörən adamlar get-gedə dəyərini qaib edən kağız pullarını qızıla və brilyanta verirdilər. Bununla bərabər Nikolay parası da Kerenski bonlarına nisbətən hələ dəyərli kimi görünürdü. Qaldırımda duran alverçilərin gündəlik həyatında Nikolay parası da az-çox rol oynamada idi. Rüstəmbəy bu səyyar bursaçıların arasından keçərək: "Donda əksinqilab", - deyə bağıran qəzetçilərə rast gəldi. Qəzetçilərin səsinə kimsə etina etmirdi. Rüstəmbəy düşüncə içində yürüdü. Rüstəmbəy milli komitənin iclasını açdı. Bütün üzvlər gəlmişdi. O dedi: – Yoldaşlar, məsələlərimizin həllinə keçmədən əvvəl, sizi günün yenilikləri ilə tanış etmək istəyirəm. Şəhərə bir fransız missiyası gəldiyini bilirsiniz. Ətraf xalqların təşkilatları bu missiya ilə əlaqəyə girişmişlər. Ermənilər bunların köməyi ilə əsgəri təşkilat qururlar. Gürcülər də rahat durmur, zənnindəyəm. Biz də bu barədə xətti-hərəkətimizi təyin etməliyik. General Mametoviçlə görüşdük, lakin müsəlman korpusuna qarşı nə cür davranacağımız bəlli olmadı. Bakı ilə əlaqəmiz kəsilmişdir: qəzetlər vaxtında gəlmir. İki gün əvvəl teleqraf vasitəsilə danışmaq istədim, müvəffəq ola bilmədim; çünki Rostov cəhətində yol xarab olmuşdur. Qara dəniz xətti də işləmir. Bakıda olanları bilmirik. Adammı göndərəcəyik, ya başqa vasitə arayacağıq - bunları indidən kəsdirmək istəmirəm. Hər halda əlaqə lazımdır. Yaxında xalqlar şurasının geniş müşavirəsi olacaq. Yerlərdən vəkillər gələcək. Buna da hazırlanmalıyıq. Hərə bir nitq söyləməlidir... – Bizmi? - deyə Müslüm Həsənoğlunun üzünə baxdı. Rustəmbəy sözlərinə davam edirdi: – Siz! Siz! Bilmirəm nə vaxta qədər cürətsizlikdə davam edib danışmayacaqsınız? Həqqi qızararaq: – Rüstəmbəy, - dedi, - böyük-böyük adamların qarşısında biz nə edəcəyik? Rüstəmbəy gülümsünərək: – Canım, hərə öz dərdini deyəndə, siz də özünüzünkünü anladarsınız. Bunda nə çətinlik var?
Дата добавления: 2015-06-26; Просмотров: 330; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы! Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет |