Студопедия

КАТЕГОРИИ:


Архитектура-(3434)Астрономия-(809)Биология-(7483)Биотехнологии-(1457)Военное дело-(14632)Высокие технологии-(1363)География-(913)Геология-(1438)Государство-(451)Демография-(1065)Дом-(47672)Журналистика и СМИ-(912)Изобретательство-(14524)Иностранные языки-(4268)Информатика-(17799)Искусство-(1338)История-(13644)Компьютеры-(11121)Косметика-(55)Кулинария-(373)Культура-(8427)Лингвистика-(374)Литература-(1642)Маркетинг-(23702)Математика-(16968)Машиностроение-(1700)Медицина-(12668)Менеджмент-(24684)Механика-(15423)Науковедение-(506)Образование-(11852)Охрана труда-(3308)Педагогика-(5571)Полиграфия-(1312)Политика-(7869)Право-(5454)Приборостроение-(1369)Программирование-(2801)Производство-(97182)Промышленность-(8706)Психология-(18388)Религия-(3217)Связь-(10668)Сельское хозяйство-(299)Социология-(6455)Спорт-(42831)Строительство-(4793)Торговля-(5050)Транспорт-(2929)Туризм-(1568)Физика-(3942)Философия-(17015)Финансы-(26596)Химия-(22929)Экология-(12095)Экономика-(9961)Электроника-(8441)Электротехника-(4623)Энергетика-(12629)Юриспруденция-(1492)Ядерная техника-(1748)

Раннее и Древнее царство в Египте. 15 страница




Hamı bir-birinin üzünə baxdı. Həsənoğlu:

– Çətin işdir, heç bir məclisdə çıxışda bulunmayan adam üçün birdən danışmaq gücdür.

Rüstəmbəy ehmal səslə:

– Xalq şurası, - dedi, xırda bir şeydir. Burada yavaş-yavaş danışıb açılışın. Bu sizin üçün bir hazırlıq məktəbidir. Gec-tez öyrənməlisiniz, ya yox?

Bir-iki yerdən:

– Öyrənməliyik, - deyə cəsarətsiz səslər eşidildi. Rüstəmbəy nitqini bitirib, məsələlərin müzakirəsinə keçdi. Həmişəki kimi üzvlər yenə az danışıb həp Rüstəmbəyin rəyini təsdiqə çalışdılar. Müsəlman korpusunun əleyhinə qərar çıxarıldı. Korpusa qarşı geniş bir təbliğat yapılması qət olundu. Fransız missiyasına müraciət etmək lüzumsuz göründü. Bakıdan xəbər bilmək üçün Həqqinin oraya göndərilməsi qərarlaşdırıldı.

 

 

Xalqlar iclasının geniş müşavirəsi Ukrayna cümhuriyyətinin elanına isabət etdi. Axşam radanın təntənəli iclası oldu. Xalqlar vəkilləri heyəti-rəyasət oturan yerin arxasında yerləşmişdi. Rüstəmbəy də birinci sırada oturub, söylənilən atəşin nitqlərə qulaq asırdı. Yaxındakı gürcü vəkili cib dəftərindəki notlarına baxaraq təbrik nitqinə hazırlanırdı. Bir də dəftərini yumub cibinə qoydu.

– Rüstəmbəy, - dedi, - doğrusunu deyim, ukraynalılara qibtə edirəm. Bax, cümhuriyyət elan etdilər; orduları var, idarələri milliləşdirirlər.

Rüstəmbəy təsəlli verərək:

– Zərər yoxdur, bizdə də olar, - dedi. Gürcü başını tərpətdi:

– Hələ ki olmur. Şərait başqadır. Etnoqrafı qitələri ayırmalı, milli təzadlar təsviyə olmalı... Uzun məsələlər var, - deyə gürcü köksünü ötürdü. Sonra huşsuz bir halda, nitq söyləyən bir hərbini süzərək, əlini jiletinin cibinə soxdu.

Gürcünün nitqə qulaq asması halından duyulurdu. Fikrə dalaraq saatının altun zəncirini əlləşdirirdi.

– Azərilərin də halı məni az düşündürmür, - deyə Rüstəmbəyə pıçıldadı. - Türk xalqı bizim olaydı, görəydiniz; sizin ziyalılarınız bir qəpiyə dəyməzlər. Hamısı qərəzli, xudpəsənd, tənbəl hamıdan çox adını eşitdiyimiz Əliyarbəy deyilmi? Boş. lovğalıqdan və rəyasətpərəstlikdən başqa ayrı bir məziyyəti varmı?.. Heyf o müllətə!.. Bilirsiniz, sizin işiniz axsadıqda bizimki də axsayır.

Gürcü dərdlərini qırıq-qırıq söyləyərək, yerində rahallıq tapa bilmirdi. Axırda ayaq üstə durub, vizitkasını düzəltdi və nitqləri alqışlarla qarşılayan camaata tamaşa etməyə başladı.

Saat on ikiyə yaxınlaşırdı. Nitqlər bitmişdi. Sədr qalxıb:

– Təbrik üçün Gürcüstan vəkili... yoldaşa qısa söz verilir, - deyib oturdu.

Alqış radanı titrətdi. Gürcü həyəcan içində xitabət kürsüsünə yanaşdı.

Nitqi bir saat davam etdi.

Ətraf millətlərin təşkilat qurmaları, bəzinin fransız missiyası ilə əlaqəyə girməsi Qulunu şübhələrə sövq edirdi. "Milli komitə də, yəqin. bir yerdən pullar alır", - deyə düşünür, əzab içində boğulurdu. Bu sirri bilmək üçün o hansı vasitələrə əl atmırdı? Milli komitənin gənc və təcrübəsiz üzvlərindən istitadə etmək üçün onları ayrı-ayrı qonaq apanr, danışdırır, onları Rüstəmbəyə qarşı təhrik etdirir..., nəticədə əlinə əməli bir şey gəlməməsindən rahatsızlığında davam edirdi. Bir gün Həqqini qəhvəxanaya apardı, doyunca yedirdikdən sonra dedi:

– Uzaqdan işlərinizə baxıram, doğrusunu deyim ki, işləriniz lazımınca getmir. Bu saat durmaq vaxtı deyil, hər yerə əl atmalıdır.

Həqqi:

– Əlimizdən gələni edirik, - dedi. - Təklifıniz varsa, söyləyin.

Qulu düşünərək:

– Axır, gülüm, burada nə deyim? Baxın görün, ermənilər necə işləyirlər. Onların vəkili avtomobildə gəlir, siz də piyada yortursunuz. Biz elə həmişə gərək geridə qalaq?

Həqqi cavab tapa bilmədi və bir az da Qulunun təsirinə qapıldı. Bunu duyan Qulu:

– Sözlərimi Zeynala, Həsənoğluna və Müslümə də söylə. Məsləhət lazım olsa, həmişə yanıma buyura bilərsiniz. Qapım sizə açıqdır. Bilirsiniz, cavanların xətrini çox istəyirəm.

Həqqi Qulunun fıkirlərini təsvib ederək:

– Deyərəm, - dedi. - Bu millət işidir, hər kəsin əlindən nə gəlsə etməlidir. Qulu:

– Təbii deyilmi? - deyə Həqqinin sözlərini təsdiq edirdi. - Vaxtım yoxsa da, millət yolu üçün tapılar; gündə iyirmi manat qazanmaram da. on manat qazanaram. Başqaları millətin yolunda varından-yoxundan çıxır, mən gündə on manat itirsəm, nə eyib edər?

Həqqinin Quluya dikilmiş gözləri sevinc və təşəkkür atəşi saçırdı. O dəqiqələr Qulunu ən pak və millətpərvər bir zat kimi təsəvvür edirdi. Qulu Həqqini "bişirəndən" sonra:

– Gülüm, - dedi, - burada yaşayan musəlmanlar yığılmaq istəyir. Mənim otağımı istədilər, razı oldum: millət yoludur, nə eyib edər? Sizə də xəbər verəcəyəm, gəlin.

Görək camaatın dərdi nədir... Biz də onların dərdinə yanmasaq, kım yanacaq? Həqqi:

– Əlbəttə! Əlbəttə! - deyə Qulunun sözlərini təsdiq etdi. - Vallah, məəttələm, sizin kimi adamlar niyə kənarda durur? Siz böyük fayda gətirə bilərsiniz.

Qulu xudpəsənd bir təbəssümlə:

– Yenə gec deyil. İşlərik. Ancaq yoldaşları dürüst başa sal.

Səhər ertə Qulamrza klinikada olacaq yığıncağı Rüstəmbəyə xəbər verdi. Rüstəmbəy düşünərək:

– Kimləri çağırmışlar? - deyə sordu. Qulamrza gülə-gülə:

– Səndən və məndən başqa hamını; Həqqi, Müslüm və Həsənoğlu da dəvət olunmuşlar.

Rüstəmbəy bir az əsəbi:

– Deməli, Qulu aramızda nifaq salmaq istəyir? - dedi. Amma bacara bilməz. Əsil məsələ pul məsələsidir. O bizdə pul olduğunu zənn edir. İşin həqiqətini bilsə, bu intriqalara tənəzzül etməz... Hər halda' hazırlanmalıyıq. Bu gün iclas çağır.

– Gedəcəyik?

– Təbii. Qorxmaq zamanı deyil!

– Axır çağırmayıblar.

– Onun zərəri yoxdur. Səninlə mənim gəlməm Qulunun bütün planlarını pozacaq.

Qulamrza için-için güldü. Bu əsnada otağa qıyıqgözlü, sanbəniz bir zabit girdi.

– Olarmı? - deyə təzim etdi. Rüstəmbəy nəzakətlə:

– Buyurun, -dedi. Zabit cəsarətsiz bir halda oturdu. Rüstəmbəy:

– Bağışlayın. - dedi, - tatara bənzəyirsiniz.

– Yox, türkmənəm.

– Çox gözəl, nərədən belə?

Türkmən zabiti utanar kimi:

– Cəbhədən, - deyib başını aşağı saldı.

– Yəqin türkmən alayındansınız?

– Uvva[10]. Rüstəmbəy gülümsündü:

– Sizlərdən yaxşı xəbərlər gəlmir: inqilabı buraxıb da irticaya tərəf gedirsiniz.

Türkmən bu sözlərin mənasım anlamayan kimi suçlu-suçlu Rüstəmbəyin üzünə baxdı. Rüstəmbəy:

– Bəs alay indi haradadır?

Türkmən yarı rus, yarı türkməncə anlatdı:

– Gəlirdi, yolda bolşeviklərə rast gəldik. "Çininizi açın", - dedilər. Biz açmadıq. Atışma oldu, bir-iki yüz adamımız tələf oldu. Rüstəmbəy başını tərpədərək:

– Ah! Açsaydınız, qiyamətmi qopardı?

Zabit günahkar bir adam kimi məsələnin izahına çalışdı; əsgəri şərəfdən, anddan bəhs etdi.

Bir çox suallardan sonra türkmənlərin general Kornilovla Dona keçdikləri bəlli oldu. Rüstəmbəy hiddətləndi:

– Canım, - dedi, - ruslar çardan əl çəkdi də, müsəlmanlar əl çəkmirlər.

Sonra inqilabdan uzun-uzadı bəhs edərək, çarın müsəlmanlığa qarşı işlətdiyi zülmləri təsvir etdi. Nəhayət, qəti olaraq:

– Boş-boşuna qan tökdüyünüz bəsdir; adamlarınızı gotürün, evinizə gedin. İndi sizə Türkmənistanda böyük ehtiyac var, - dedi.

Türkmən zabitindən sonra Rüstəmbəy bir neçə ziyarətçilər də qəbul edib, klinika məsələsinə döndü. Qulamrza ilə işi ətraflı müzakirə edib planlar qurdular. Zatən hər bir məsələni bir yerdə həll edib, komıtədən keçirərdilər.

Üzvlər həmişəkindən bir az gec toplandılar. Həqqinin üzü tutqundu: qaşının biri əyilmişdi. Bu əyinti çox şeylər ifadə edirdi. Müslüm laübali bir tərzdə oturub, bığlarını bururdu. Bu da Rüstəmbəyin üzünə dık baxmağa cəsarət edə bilmirdi. Zeynalla Həsənoğlunda deyişiklik görünmürdü.

Rüstəmbəy məclisdəki ruhi övzaı duydu, lakin aldırmadı. Əvvəl tamamilə məsələyə aid olmayan mövzulardan bəhs edib, sonra fransız missiyasından danışdı:

– Bizim üçün, - dedi, - hər bir təşkilatla əlaqəyə girmək mümkündür; lakin hər bir addımın bir məsuliyyəti var. Biz atdığımız addımdan məsul olduğumuzu unutmamalıyıq. Önümüzdə yüksək bir məqsəd var isə, hüsniniyyət sahibi olmalıyıq. Avantüristlər hər bir şeyə susayar; biz, zənn edirəm, bu məqsədi təqib etmirik...

Rüstəmbəy Qulunu nəzərdə tutaraq uzun-uzadı danışdı və nə kimi şəxsiyyətə malik olduğunu dəlil və isbatla göstərdi. Nəhayət, doğrudan-doğruya məsələyə keçdi.

– Yoldaşlar, - dedi. - sizin çalışmanız sayəsində komitəmiz bir neçə ayın müddətində bütün Rusiya müsəlmanları arasında böyük bir şöhrət qazanmışdır. Burada yandırdığımız federasiya cırağının işığını ən uzaq yerlərdən görürlər. Bu xırda otaqdakı komitənin ziyarətinə, gələn hədsiz-hesabsız nümayəndəlar fikrimin doğruluğunu isbat etmirmi? Bu gün bu parlayan çırağı söndürmək istəyirlər. Sərf olunan' əməyi boşa çıxarmaq niyyətindədirlər. Buna razı olacaqsınızmı?..

Rüstəmbəyin nitqi sayəsində Müslüm yavaş-yavaş yığışdı, üzərindəki skeptik cizgilər ümid parlayışı ilə əvəz olunmağa başladı. Həqqi də dəyişildi; qaşları müvazinətini ehya edib, xoş bir əda belə aldı.

Həsənoğlu gülə-gülə:

– Əşi, nə deyirsən? Ölməmişik, atalarını yandırarıq, - deyə Zeynalın çiyninə vurdu.

Rüstəmbəy klinikadakı məclisə keçərək:

– Buradan bu saat Qulunun məclisinə gedirik. Bütün intriqalan kökündən kəsməliyik! Vəssalam! Biz basılmaq ücün deyil, qalib gəlmək

üçün meydana çıxdıq...

Məclisə ruh yuksəkliyi yayıldı, hər kəs özündə bir mübarizə coş qunluğu duydu. Rüstəmbəy gülərək bir əli ilə Müslümün, o birisi ilə

dəo Həqqinin kürəyinə vurub:

– Haydı, - dedi, - bu axşam sizdən qəhrəmanlıq gözləyirəm! Tələbələr gülümsünərək, intizamlı bir əsgər kimi dik qalxdılar. Klinikada qəribə bir cəmiyyət toplanmışdı: samovar təmir edən ləzgilər, meymun gəzdirən urmiyalılar, köhnə paltar alan tatarlar, baqqallar, dəllallar. ictimai işlərdən qaçan bir neçə həkim və tələbə is bati-vücud edirdilər. Cabbar da təbii burada idi. Verilən cay və çərəz lərin bitməsindən qonaqların çoxdan gəlmələri bəlli olurdu...

Komitə üzvlərinin yekvücud olaraq gəlmələri Qulunu şaşırtdı. Ki nini gizlədə bilməyən əda ilə onlara yer göstərdi və ağızucu olaraq çay təklif etdi.

– İçmirik, sağ ol! - deyə hamı bir səslə cavab verdi. Məclisə sükut çökdü. Cabbarın yanında oturan Rüstəmbəy ona yönələrək:

– Cabbar, - dedi, - eşitdim, yer axtarırsan?

Cabbarın:

– Hə! hə! - deyə gözlərinin bəbəkləri genəldi. - Varmı?

– Var! Xarici sekretarlığı yanında əqəliyyət dairəsi düzəlir. Ora səni baş katib namizədi göstərmişəm.

Cabbann turş üzü şadlıqla parladı:

– Mən ölüm? - deyə yalvarar bir vəziyyət aldı. Cabbarın bu halından istifadə etmək istəyən Rüstəmbəy sözü dəyişdi:

– Ay Cabbar, - dedi, - bu nə oyundur?

Cabbar:

– Boş işdir. Qulu komitəyə girməyə yol axtarır, - deyə piçıldadı. Rüstəmbəy gülümsünərək, geri çəkildi. Qulu xüsusi söhbətlərə xitam vermək üçün milli bir nitq söylədi. Axırda məclisə sədr seçilməsini təklif etdi. Rüstəmbəy:

– Qulu ağsaqqaldır, biz onu təklif edirik.

Qulu Cabbarın namizədini irəli sürdüsə də, Cabbar boyun qaçırdı. Nəhayət, Qulu sədarəte əyləşdi. Yeni bir nitq başlandı, zamanın incəliyindən, hər bir millətin vəziyyətdən istifadə etməsindən, bizim də yatmamızdan bəhs etdi:

– Biz də çalışmalıyıq, buradakı komitənin fəaliyyətini bilməliyik, qüvvəti çatmırsa, ona kömək etməliyik... - dedi.

Ləzgilər mürgü döyür, tatarlar boşqabların dibindəki şirni qırıntılarını ağızlarına atır, urmiyalılar əsnəyir - kimsədən də səs çıxmırdı. Cabbar da sakit oturaraq həp yeni alacağı vəzifə ətrafında düşünürdü.

Qulu məclisin kəsalətini dağıtmaq üçün ən mod, ən milli ifadələrə müraciət etdisə də, məqsədinə çata bilmədi. Nəticədə mücadile sahəsinin bir tərəfində Qulu, o biri tərəfındə isə milli komitə qaldı. Buna baxmayaraq Rüstəmbəy söz alıb komitənin fəaliyyətinə dair məruzədə bulundu. Nəticədə təsvibədici sözlər və razıhq qazandı.

Məclis dağıldı. Cabbar bir az da vaxtdan əvvəl qaçmışdı. Belə bir nəticə gözləməyən Qulu məğlub bir təbəssümlə Rüstəmbəyə yanaşıb, onun qoluna girdi:

– Rüstəmbəy, - dedi, - ə, mən ölüm, bir yerdə işləyək. Axır, ayrılıq nəyə olsun ki?

Rüstəmhəy qolunu onun əlindən xilas edərək:

– Qulu, - dedi, - bunu əvvəldən kişicəsinə deməli idin. Bu yolla bizə yanaşmaq olmaz. Fikrini həmişə açıq söylə.

Qulu səsində bir az kin ifadə edərək:

– Axır siz də zemlyaçestvo xətli-hərəkəti ilə gedirsiniz. Belə olarrmı?

Rüstəmbəy qəti:

– Düz yolu qoyub, əyri yolla getməkdən fayda çıxmaz. Komitə üzvləri ruhlarında qalibiyyət nəşəsi daşıyaraq, otağı tərk etdilər. Qulu onları mehriban bir halda təşyi edir və təkrar-təkrar:

– Mən ölüm, bir yerdə işləyək, - deyirdi.

Rüstəmbəy gecə saat üçə qədər qədim yunan dövləti təşkilatına dair bir kitabın mütaliəsi ilə məşğul olmuşdu. Buna baxmayaraq, adəti üzrə sabah saat yeddidə oyandı. Ozündə bir ruh əzikliyi və bədbini hisslər duydu. Dünyanı sanki ələmlər bürümüş, yıxacaq yollar qalmamışdı. Zəhərli şübhələr ruhunu bulandırmağa başladı. Gözləri çarpayısının yanındakı kitab və qəzetlərə sataşdi; axşam onlara bəslədiyi həvəs indi tühafına gəldi. İçində yaşadığı tarixi hadisələr, siniflərin, zümrələrin və fərdlərin siyasi sahədə çarpışmaları ona qəribə göründü. O öz-özünə: "Insan nə tühaf məxluqdur: sanki dünyada başqa işlər yoxmuş da, qanlı vuruşmalarda, mücadilə və çarpışmalarda istirahəti-qəlb arayırmış!.. Yox, bu doğru yol deyil; özünə tərəf dönməli, şəxsi səadət aramalıdır!.."

Rustəmbəydə çoxdan bəri susmuş ikilik yenidən canlandı. Dəruni böhranlara qapılaraq, tənhalıq iztirabında alovlanmağa başladı. Bir də Musya bütün faciəli cazibəsi ilə xəyalını istila etdi.

Rüstəmbəy xəstə bir halla qalxıb, yanındakı zəngi basdı. Bir neçə dəqiqə sonra xidmətçi qız samovarı və o günkü qəzetləri gətirdi.

– Maşa, bir az xəstəyəm, çayı ver burada içim.

Dəruni ağırlıqdan xilas olmaq üçün qəzetləri gözdən keçirdi: Brest-Litovskdakı sülh müzakirəsi uzun sütunlar məşğul etmişdi. Bunları gözdən keçirdikdən sonra Kiyev hadisələrini oxudu: Ukrayna hökuməti Kiyevi tərk etmək istəməyən bolşevik əsgərlərini həbs etmişdi...

Rüstəmbəy qezəti kənara qoyub, çay içməyə başladı. Saat on ikiyə yaxın Qulamrza gəlib Rüstəmbəyi yataqda gördü.

– Yəqin, dincəlirsən? - deyə sordu.

Rüstəmbəy məyus bir halda:

– Bilmirəm, - dedi, - yorğunam.

Qulamrza:

– Bu gün səni, - dedi, - radada gözlədim, gəlmədin; dedim, yəqin xəstələnmisən.

Rüstəmbəy cəld:

– Vacib bir işmi vardı?

– Brestdən adam gəlib, bizlərdən birinin oraya getməsi lazım gəlir.

– Nə üçün?

– Sədri-əzəm Tələt paşa burada türk təşkilatı olduğunu bilmiş, bizlə görüşmək istəmişdir.

Rüstəmbəy gülümsənərək fıkrə daldı və birdən dedi:

– Sülh konfransında bizim işimiz varmı?.. Kimin səlahiyyəti ilə gedəcəyik?

Qulamrza dəyişilib:

– Sən məsləhət görmürsən? - deyə sordu.

Rüstəmbəy sakit səslə:

– Məncə, lüzum yoxdur, - dedi və susdu. Bir az sonra: - Brestdən vacib işimiz çoxdur. Ukrayna istiqlaliyyətə doğru yürüyür. İndi bizim təbəələrin himayəsini rəsmi bir orqana tapşırmalıdır. Qulamrza Rüstəmbəyin fıkrini anlamayaraq:

– Necə yəni? - deyə sordu.

– Səfarətxana təşkil etməli və səni də səfir sifəti ilə hökumətə tanıtmalı.

Qulamrza Rüstəmbəyin sözlərinə inanmayaraq qəhqəhə çəkib güldü:

– Canım, məni işə qoyma! - dedi.

Rüstəmbəy təkidlə:

– Çəkinəcək bir şey yoxdur; səfir ol, camaatı başına topla.

Qulamrzanı fikir götürdü.

Bir neçə gün sonra yerli qəzetlərdə qısa olaraq: "Xariciyyə sekretarı Azərbaycan səfırini qəbul etdi", - deyə yazılmışdı. Röstəmbəy qəzeti büküb cibinə qoydu. Iki gündən bəri yağan qar davam edirdi. Yel olmadığı üçün hava lətifdi. Rüstəmbəy nəşəli bir halda Kreşşatikə doğru enırdı. Hər yerdə mağazaların rusca lövhələrini cıxarıb ukraynacasını asırdılar

Krımlı Əhməd əfəndi Rüstəmbəyə rast gəlib təzim etdi.

– İşlər fənadır, əfəndi, - deyə şikayətləndi. İrəliki gün bunun bir araba ununu həcz etmiş imişlər. Rüstəmbəy çörəkçini diqqətlə dinləyib dedi:

– Sabah komitəyə gəlin, kağız alın da, toxunmasınlar. Rüstəmbəy məsələni Qulamrzaya bildirdi. Bütün tacirlər üçün kağızlar hazırlanıb paylandı. Sonra Qulamrza türk tələbələrinin maddi vəziyyətinin ağırlığından bəhs etdi.

– Axır vaxtlar işə də soyumuşlar, - dedi. - Çünki qarınları acdır. Rüstəmbəy birdən səsini dəyişərək:

– Həsənoğlu gözümə görünmür, haradadır? Qulamrza cürətsiz bir səslə;

– Burada yoxdur, - dedi və başını aşağı saldı. Qulamrzanın vəziyyəti Rüstəmbəyi maraqlandırdı. Təkidlə:




Поделиться с друзьями:


Дата добавления: 2015-06-26; Просмотров: 329; Нарушение авторских прав?; Мы поможем в написании вашей работы!


Нам важно ваше мнение! Был ли полезен опубликованный материал? Да | Нет



studopedia.su - Студопедия (2013 - 2024) год. Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав! Последнее добавление




Генерация страницы за: 0.01 сек.